Bu məqsədlə:
- Azərbaycan Respublikasının ərazisindəki müvafiq obyektlərdə işin
təhlükəsizliyini təmin etmək üçün vahid tələblər müəyyən edilir;
- Təhlükə potensiallı obyektlərdə qüsurlu qovşaqları aşkar etmək məqsədilə
istehsalatın təhlükəsizliyi araşdırılır;
- Qüsurların aradan qaldırılması üzrə əməli tədbirlər planı hazırlanır və
həyata keçirilir.
Fövqəladə hallarda mühafizə tədbirləri sülh dövrü üçün müəyyən edilmiş
xüsusi meyarlar nəzərə alınmaqla yerinə yetirilir.
Ehtimal edilən zəhərlənmə zonalarında yaşayan əhaliyə daimi istifadə üçün
fərdi-mühafizə vasitələri hökumətin qərarına əsasən pulsuz verilə bilər. Bu
məqsədlə müharibə dövrü üçün nəzərdə tutulmuş vasitələrin bir qismindən
istifadə etmək olar.
Müharibə dövründə əhalinin
mühafizəsini təşkil etməyin xüsusiyyətləri
Müharibə dövründə əhalinin mühafizəsinin əsasını mühafizə qurğularının,
tibbi avadanlıq ehtiyatlarının yaradılması, təhlükəli rayonlardan əhalinin köçürülməsi üzrə tədbirlərin
əvvəlcədən hazırlanması və yerinə yetirilməsi təşkil edir.
Əhalinin mühafizəsi üzrə tədbirlərin bir qismi əvvəlcədən, qalanı isə hərbi
əməliyyatlar başlanarkən yerinə yetirilir.
- Fövqəladə hallar zamanı əhalinin mühafizəsini necə təşkil edərdiniz?
- Radiasiya və kimyəvi zəhərlənmədən mühafizə necə təşkil edilir?
- Əhalinin köçürülməsində vacib olan amilləri şərh edin.
- Xilasetmə və yaralılara ilk yardım zamanı sadə vətəndaşların rolunu şərh
edin.
- Sülh və müharibə dövründəki fövqəladə hallarda əhalinin mühafizəsinin
təşkili xüsusiyyətlərini fərqləndirin.