- Sadə daldalanma yerləri tikilir;
- Hökumətin qərarlarına əsasən əvvəlcədən sığınacaqlar və radiasiya daldalanacaqları
tikilir.
Bütün mövcud mülki müdafiə qurğuları müəyyən edilmiş qaydalar üzrə təsərrüfat,
məişət və mədəni məqsədlər üçün istifadə edilir. Onların yenidən quraşdırılmasına
icazə verilmir.
Xilasetmə və yaralılara ilk yardım
- Zədələnmə ocaqlarında və fəlakət rayonlarında kəşfiyyat aparılır;
- Zədələnmə ocağı məhdudlaşdırılır;
- Axtarış və xilasetmə tədbirləri görülür;
- Zərərçəkənlərə yardım göstərilir;
- Təhlükəli rayonlardan əhali köçürülür;
- Karantin-observasiya tədbirləri, xilasetmə işləri aparılan rayonlarda ictimai
asayiş təmin edilir.
Mühafizə üsul və vasitələrindən istifadə etmək, yaralılara ilk yardım göstərmək,
xilasetmə və digər təxirəsalınmaz işlərdə fəal iştirak etmək bacarığı
əhaliyə müəssisələrdə, idarə və təşkilatlarda, habelə yaşayış yerlərində öyrədilir.
Bu zaman əhalinin lazımi məsləhət və tövsiyələr alması üçün hər cür şərait
yaradılır.
Yerlərdə ehtimal olunan fövqəladə hallar zamanı fəaliyyət və davranış qaydaları
qabaqcadan kütləvi informasiya vasitələri ilə əhalinin nəzərinə çatdırılır.
Sülh dövründəki fövqəladə hallarda əhalinin mühafizəsini
təşkil etməyin xüsusiyyətləri
Sülh dövründə əhalinin mühafizəsinin əsasını aşağıdakılar təşkil edir:
- fövqəladə halların qarşısını alan tədbirlərin görülməsi;
- əhalinin vaxtında xəbərdar edilməsi və təhlükəli zonadan çıxarılması;
- əldə olan mühafizə vasitələrindən istifadə edilməsi;
- fövqəladə hallar yaranan rayonlarda xilasetmə və digər təxirəsalınmaz
işlər aparmaq üçün qüvvə və vasitələrin hazırlanması.