Əhalinin köçürülməsi
Təhlükəli rayonlardan bütün əhali və ya əhalinin ayrı-ayrı qrupları (yaşına,
məşğuliyyətinə görə) köçürülür. Müharibə dövrü üçün səfərbərlik vərəqəsi olan
şəxslər köçürülmür. Onlar Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin sərəncamına gedirlər. Əhali qısa müddətdə
kütləvi şəkildə, yaxud mərhələ-mərhələ köçürülə bilər. Köçürülmə nəqliyyatla,
yaxud piyada həyata keçirilir.
Əhalinin yerləşdiriləcəyi rayonlar və köçürülmə qaydası hərbi komandanlıq
orqanları, habelə müvafiq idarə və müəssisələrlə razılaşdırılır.
Radiasiya və kimyəvi zəhərlənmədən mühafizə
- Əvvəlcədən fərdi mühafizə vasitələri, radiasiya, kimyəvi kəşfiyyat və dozimetrik
nəzarət cihazları ehtiyatı yaradılır;
- Düşmənin kütləvi qırğın vasitələri işlətdiyini, onların miqyasını və nəticələrini
qiymətləndirmək üçün ən müasir vasitələrdən və üsullardan istifadə
edilir. Ərazidə havadan radiasiya kəşfiyyatı aparılması üçün mülki aviasiya
təyyarələri (helikopterləri) cəlb edilir;
- Radioaktiv və kimyəvi zəhərlənmə ocaqları vaxtında ləğv edilir, zəhərli tullantılar
xüsusi yerlərdə basdırılır.
Bioloji yoluxmadan mühafizə
- Kollektiv və fərdi mühafizə vasitələrindən istifadə edilir;
- Karantin və observasiya rejimləri qoyulur;
- Yoluxma ocağı zərərsizləşdirilir;
- Tibb müəssisələri və əhali tərəfindən epidemiya əleyhinə rejimə riayət edilməsi
təmin olunur.
Mühafizə qurğularında yerləşmə
- Şəhərlərdə və digər yaşayış məntəqələrində olan yeraltı qurğuların bir qismi
fövqəladə hallar zamanı əhalinin mühafizəsi üçün nəzərdə tutulur;
- Mühafizə üçün yararlı yeraltı, yerüstü binalar, qurğular, mağaralar yoxlanılır
və qeydə alınır;
- Zirzəmilər və digər yeraltı tikililər daldalanacaq kimi düzəldilir;