Bu manqaların hər biri üçün müvafiq tədris proqramları hazırlanmış, tədrisin əsas məqsəd və üsulları müəyyən edilmişdir.
Mülki müdafiə manqalarının üzvləri manqa tərkibində xüsusi vəzifələrin icrası qaydalarını öyrənir, rəhbər-komandirlər heyəti isə xüsusi proqramlar üzrə hazırlıq keçirlər.
İstehsalatda və xidmət sahələrində işləməyən əhaliyə mühafizə biliklərinin öyrədilməsini şəhər mülki müdafiə qərargahları yaşayış yerlərində – mənzil-istismar sahələri, ev idarələri və s. üzrə təşkil edir.
Orta ümumtəhsil və texniki peşə məktəblərinin şagirdləri, ali məktəb və kolleclərin tələbələri mülki müdafiəyə müvafiq proqramlar əsasında, oxuduqları tədris müəssisəsində hazırlanırlar.
Orta ümumtəhsil və texniki peşə məktəblərində “Mülki müdafiə günləri”, “Gənc xilasedicilər” yarışları təşkil edilir.