Mülki müdafiəni öyrətməkdə məqsəd düşmən basqını təhlükəsi yaranarkən xəbərdarlıq siqnalları üzrə zədələnmə ocaqlarında, qəza rayonlarında adamları inamla fəaliyyət göstərməyə hazırlamaqdan ibarətdir.
44 günlük Vətən müharibəsi zamanı cəbhə bölgəsinə yaxın yaşayış məntəqələrində sığınacaqlar hazırlanmışdı.
Ordumuzun əks-hücumları qarşısında aciz qalan düşmən yaşayış məntəqələrini atəşə tuturdu. Əhalinin sığınacaqlardan istifadə etməsi üzrə aldığı təlimatlar mülki əhali arasında itkilərin sayını əhəmiyyətli dərəcədə azaltmışdır.
Mülki müdafiə biliklərini öyrənmək üçün ölkənin bütün əhalisi şərti olaraq aşağıdakı qruplara ayrılır: