Əhali kütləvi qırğın silahlarından, qəzaların, fəlakətlərin nəticələrindən mühafizənin
üsullarını öyrənməli və mülki müdafiə üzrə vəzifələri layiqincə yerinə
yetirməlidir. Bu məqsədlə müvafiq proqramlar əsasında məşğələlər keçirilir,
yəni əhalinin mülki müdafiəyə hazırlanması təşkil edilir.
Hər kəs bilməli və bacarmalıdır!
- Müasir silahların zədələyici təsirini;
- Yaşadığı rayon üçün səciyyəvi olan təbii fəlakətlərin xarakterini və ehtimal
edilən nəticələrini, belə şəraitdə dəqiq davranmağı;
- Yaşadığı rayondakı müəssisələrdə, magistral yollarda nəqliyyat qəzaları
zamanı yarana biləcək təhlükəni, ətrafa güclü təsiri olan zəhərli
maddələr yayılarsa, onlardan mühafizə olunmağı;
- Kollektiv və fərdi mühafizə vasitələrini;
- Köçürülmə zamanı davranış qaydalarını;
- Mülki müdafiənin xəbərdarlıq siqnalları verilərkən fəaliyyət göstərməyi;
- Düşmən basqını, təbii fəlakət və istehsalat qəzalarının nəticələrinin aradan
qaldırılması üzrə işlərdə iştirak etməyi.