Taqım komandiri yer səthində Poladlı – meşəbəyinin evi – hərbi hissə – bulaq – kurqan – dayaz keçid – körpü istiqaməti üzrə marşrut seçmişdir. Marşrut meşənin kənarı ilə, sonra meşədən keçdiyi üçün azimutla hərəkət nəzərdə tutulmuşdur. Sonrakı marşrutda isə bulaq, kiçik meşə (solda), yel dəyirmanı (solda) oriyentirləri mövcuddur. Bütün marşrut boyu oriyentirlər rəngli karandaşla qeyd edilmişdir. Topoqrafik xəritə üzrə hərəkət zamanı istənilən istiqamətdə marşrutun seçilməsi mümkündür və bütün hallarda komandir xəritədən istifadə etməyi bacarmalıdır.