Azərbaycan Əlahiddə Korpusu adlandırılan Qafqaz İslam Ordusu 1918-ci ilin iyununda Bakı Sovetinin bolşevik-daşnaklardan ibarət qoşununu Göyçay ətrafında darmadağın edərək Bakı
1919-cu ildə Lənkəran bölgəsindəki rus hərbi dəstələri general Həbib bəy Səlimovun rəhbərlik etdiyi qüvvələrə təslim oldu.
1920-ci ilin martında erməni yaraqlıları Qarabağı Azərbaycandan qoparmaq üçün Əsgəran keçidini bağlayaraq Qarabağın dağlıq hissəsini blokadaya aldılar. Milli ordumuzun Birinci Piyada Diviziyası düşməni məğlub edərək özünün yüksək döyüş qabiliyyətini göstərdi.
Lakin 1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyəti Sovet Rusiyası tərəfindən işğal edildi.
Azərbaycanın qəhrəman oğulları İkinci Dünya müharibəsi illərində də böyük əzmkarlıq göstərdilər. Bu illərdə 123 nəfər Azərbaycan vətəndaşına Sovet İttifaqı Qəhrəmanı adı verilmişdi.
Hətta onların arasında həmin fəxri ada iki dəfə layiq görülənlər də olmuşdu. Bu isə həmvətənlərimizin hərb işindəki peşəkarlığının bariz nümunəsidir.