Hər hansı bir nöqtənin, məsələn, şəkildəki A nöqtəsinin coğrafi koordinatlarını təyin etmək üçün nöqtənin cənub və şərq tərəfindən eyni on saniyəlik nöqtələri birləşdirən paralel və meridian xətləri keçirilir (şəkildə müvafiq olaraq 54°45´20˝ və 18°08´50˝). Çəkilmiş xətlərlə nöqtə arasındakı parçaların enliyi və uzunluğu çərçivədəki on saniyəlik bölgü üzərində müəyyən edilərək (şəkildə müvafiq olaraq 9˝ və 8˝) bu xətlərin (meridian və paralelin) en və uzunluq dairəsinin qiymətləri ilə cəmlənir. Beləliklə, A nöqtəsinin coğrafi koordinatları:
Coğrafi koordinatlarına görə nöqtəni xəritəyə köçürmək üçün (şəkildə B nöqtəsi) əvvəlcə bu nöqtənin en dairəsinin qiyməti çərçivənin qərb və şərq tərəflərində, uzunluq dairəsinin qiyməti isə cənub və şimal tərəflərində kiçik cizgilərlə qeyd edilir. Sonra bu cizgilər xətkeşlə birləşdirilərək paralel və meridian xətləri çəkilir. Paralel və meridian kəsişərək nöqtənin xəritə üzərindəki yerini müəyyən edəcəkdir.