Böyük miqyaslı xəritələr,
əsasən, Yer səthinin mü-
kəmməl öyrənilməsində,
dəqiq hesablama və ölçmə
işlərinin aparılmasında,
artilleriyada atəş hazırlı-
ğında,
hərbi mühəndis
qurğularının həcminin
öyrənilməsində, hərbi
tapşırıqların yerinə yeti-
rilməsində
tətbiq edilir.
Orta miqyaslı topoqra-
fik xəritələr, əsasən,
hərbi marşlarda,
düşmənin
izlənməsində, yer
səthində səmtlənmədə
tətbiq edilir.
Kiçik miqyaslı
topoqrafik xəritələr
hərbi qərargahlarda,
aviasiyanın havada
səmtlənməsində və
digər xüsusi məsələ-
lərin həllində istifadə
edilir.