Almaniya üçün əhalinin təbii artımının I tipi səciyyəvidir. Ölkədə "millətin qocalması" müşahidə olunur. Yaşlı əhalinin sayı 30 ildən sonra gənclərdən iki dəfə artıq ola bilər.
Demoqrafik proseslərə miqrasiya güclü təsir göstərir. Hazırda miqrantların sayı 13 mln. nəfərdən yüksəkdir. İmmiqrantlar əhalinin yaş strukturunda gənclərin, cins tərkibində kişilərin payının artmasına səbəb olur. Onlar ölkədə ümumi əhali arasında iqtisadi cəhətdən fəal əhalinin sayını artırır. Hazırda Almaniya iqtisadiyyatı əcnəbi işçilərdən çox asılıdır. Prosesləri tənzimləmək məqsədilə bir sıra ölkələrlə mövsümi və müvəqqəti işçi qəbuluna dair sazişlər imzalanmışdır.
Miqrantların Almaniyanı seçməsi, əsasən, ölkədə yüksək həyat səviyyəsi və əməkhaqqı ilə əlaqədardır.
Miqrantlar yerli əhalinin "bəyənmədiyi" iş yerlərində: kənd təsərrüfatı, tikinti, xidmət sahələrində daha çox fəaliyyət göstərir. Lakin miqrantların arasında işsiz və buna görə dövlətdən yardım alanların sayı da yüksəkdir. Onların işsiz qalmalarının səbəbi aşağı ixtisaslı olmaları və dövlətin miqrantlara verdiyi yardımın yaşayış üçün kifayət etməsidir. Hazırda Almaniyada işsizliyə görə yardım alan miqrantların sayı yerli əhali ilə müqayisədə daha çoxdur.
Son zamanlar Almaniyanın miqrasiya qanunvericiliyində "qastarbayterlərə" deyil, ölkəyə daimi yaşamağa gələn yüksəkixtisaslı gənc kadrlara üstünlük verilir, iş yerlərində yaşlıların "gəlmə" gənclərlə əvəz olunması bəzi hallarda yerli əhali arasında narazılıqla qarşılanır.
Adətən, immiqrantlar gəldikləri ölkədə yerli xalqın mədəniyyətini öz adət-ənənələri ilə zənginləşdirirlər. Eyni zamanda immiqrantlar yerli əhalinin həyat tərzinə və milli kimliyinə də təhlükə yaradırlar. Bu isə sonda sosial münaqişələrin başver məsinə gətirib çıxarır.
|
Miqrantların kateqoriyası |
|
|
|