B.7. -
İEOÖ-lər arasında da miqrasiya axınları müşahidə olunur.
Mühacirlərin axın istiqaməti, əsasən, iqtisadi cəhətdən inkişaf sürəti daha yüksək olan
ölkələrə doğrudur: Latın Amerikasında Argentina və Meksika daha çox immiqrant qəbul edir.
B.8. -
Müxtəlif səbəblərə görə ən çox qaçqın-miqrantlar ABŞ və
Almaniyadadır.
B.9. -
İnkişaf səviyyələrinin yüksək olmasına baxmayaraq Yaponiya və
Cənubi Koreya immiqrasiya mərkəzi deyil.
B.10. -
Dünyanın bəzi ölkələri (məsələn: Rusiya, Meksika və s.) həm
emiqrasiya, həm də immiqrasiya mərkəzidir.
Müzakirə edin və nəticə çıxarın:
- Xəritə-sxemlərə və diaqramlara əsasən daha hansı nəticələri əldə etmək olar?
Müasir dövrdə əhalinin beynəlxalq yerdəyişməsi, əsasən, iqtisadi səbəblərlə əlaqədardır ki, bu da
əmək
miqrasiyası adlanır.
Beynəlxalq miqrasiyalarda əmək miqrasiyasının payı daim artır. Yüksək həyat səviyyəsi və iş fəaliyyəti
arzu edən insanlar bir ölkədən digərinə köçməyə məcbur olur. Miqrasiyalar əmək ehtiyatlarının yalnız
kəmiyyətinə deyil, həm də keyfiyyətinə təsir göstərir. Beynəlxalq miqrasiyada baş verən keyfiyyət
dəyişiklikləri elmi-texniki inqilabla əlaqədardır. Son illərdə miqrantlar arasında ixtisaslı kadrların
payı sürətlə artır.
• Fəaliyyət •
Əhalinin ümumi artımını
hesablayın.
2021-cı ilin əvvəlində Almaniyada əhalinin sayı 83 756 658
nəfər olmuşdur. Ölkəyə il ərzində gələn miqrantların sayı 259 646 nəfərdir. İlin sonunda
Almaniya
əhalisinin sayı 83 809 425 nəfər idi.
Müzakirə edin və nəticə çıxarın:
- Almaniyada əhalinin sayına miqrasiya necə təsir edir?
• İNFORMASİYA FONDU •
Beynəlxalq miqrantlar 5 əsas kateqoriyaya bölünür:
- ölkəyə qanuni şəkildə daxil olan immiqrantlar;
- ölkəyə müqavilə ilə gələn miqrantlar; belə miqrantların sayı 1990-cı İllərin sonunda 25 mln.-dan
artıq olmuşdur. Müqavilə əsasında miqrasiya edən miqrantların hüquqları ölkələr arasında
bağlanmış sazişə əsasən tənzimlənir;
- ölkədə qeyri-qanuni şəkildə yaşayan miqrantlar; belə miqrantlar ya ölkə sərhədlərini qanunsuz
keçir və yaxud vizanın vaxtının bitməsinə baxmayaraq ölkədə qalırlar. Adətən, belə miqrantlar
yüksək ixtisasa malik olmayan insanlardır;
- başqa ölkədə sığınacaq axtaran miqrantlar; onlar öz ölkələrindən gərgin iqtisadi və ya siyasi
vəziyyətlə əlaqədar olaraq köçənlərdir;
- qaçqın miqrantlar; onların əksəriyyəti BMT-nin qəyyumluğunda olan xüsusi düşərgələrdə yaşayır.
Refleksiya
Fikirləri tamamlayın və onların
düzgünlüyünü mətnə əsasən yoxlayın.
- Miqrasiya axınları əhalinin yaş və cins strukturuna təsir edir. Ona görə ki,...
- Son illər mlqrantların arasında ixtisaslı kadrların payı sürətlə artıb. Çünki...