B.1. -
Miqrasiya axınları, əsasən, aşağı İİİ olan ölkələrdən yüksək İİİ olan ölkələrə istiqamətlənir.
B.2. -
ABŞ, Kanada və Avstraliya kimi ölkələr miqrantları daha çox cəlb edir. Emiqrantlar
İEOÖ-lərdən, əsasən, Meksika və Asiya ölkələrindən gəlir.
B.3. -
ABŞ aşağı və yüksəkixtisaslı işçilərin miqrasiya etdiyi ölkədir. Aşağı ixtisaslı əmək
ehtiyatları Latın Amerikası ölkələrindən, əsasən, Meksika, Kolumbiya və s., yüksək
ixtisaslı işçilər isə dünyanın, demək olar ki, bütün region və ölkələrindən ABŞ və
Qərbi Avropaya üz tuturlar.
B.4. -
Qərbi Avropanın yüksək inkişaf etmiş ölkələri inkişaf səviyyəsi daha aşağı olan digər
Avropa ölkələrindən (İspaniya, Portuqaliya və s.), eləcə də Şimali Afrika, Cənub-
Qərbi Asiya, Şərqi Avropa və digər regionlardan mühacirləri cəlb edir.
B.5. -
Afrika, Asiya və Latın Amerikasının bir çox ölkələrində miqrasiya mənfi saldo (emiqrantların
sayı immiqrantların sayından çox olur), Şimali Amerika ölkələri və Avstraliyada
müsbət saldo (immiqrantların sayı emiqrantların sayından çox olur) ilə xarakterizə
olunur.
B.6. -
Cənub-Qərbi Asiyanın varlı neft ölkələrinə mühacirlər qonşu ərəb ölkələrindən,
həmçinin Hindistan, Pakistan, Banqladeş, Filippin və s. gəlirlər. Səudiyyə Ərəbistanı,
BƏƏ, Qətər, Bəhreyn, Küveyt və Omanda işləyənlərin yarıdan çoxunu xaricilər
təşkil edir.