İşsizliyin ciddi iqtisadi və sosial nəticələri olur. Bu zaman əhalinin iqtisadi vəziyyətində tənəzzül baş verir. Tədqiqatçılar psixi və ürək-damar xəstəliklərinin artması ilə işsizlik arasında birbaşa əlaqə olduğunu hesab edirlər. Kütləvi işsizlik sosial və siyasi gərginliyə səbəb olur.
Dövlətin ən mühüm vəzifəsi işləmək arzusu olan insanları iş yerləri ilə təmin etməkdir. Bu istiqamətdə dövlət məşğulluq siyasətini həyata keçirir. Məşğulluq siyasətinin aşağıdakı istiqamətləri vardır:
1) işsizlərin məşğulluğunu və sosial müdafiəsini təmin edən hüquqi bazanı yaratmaq;
2) vətəndaşların peşə hazırlığı, ixtisaslarının artırılmasına yönəldilmiş dövlət proqramlarını həyata keçirmək;
3) mövcud vakansiyalar üzrə kompüter məlumat bazasını yaratmaqla iş yerlərinin mövcudluğuna dair məlumatları artırmaq;
4) iş yeri imkanları olan regionlara köçmək istəyən insanlar üçün vergi imtiyazlarını tətbiq etmək, uzunmüddətli kreditlər vermək;
5) şəxsi bizneslərini qurmaq istəyənlərə kredit və ya birdəfəlik müavinətlər vermək;
6) ölkəyə daxil olan xarici işçilərin axınının qarşısını almaq.
Dövlət həmçinin işsizlərə kömək fondu (məşğulluq fondu) yaradır və iş adamları ilə işçilər arasında əlaqənin qurulmasına yardım edir. Məşğulluq fondu gənc nəsli peşəkarlığa yönəldir, iş yerlərini dəyişmək istəyənlərə kömək göstərir, əmək bazarının vəziyyəti barədə məlumat verir.
İşsizlər | İşsizliyin növü | Hər situasiyada işsizliyə yardım edə biləcək tədbirlər |
||||
F | S | D | ||||
1 | Başqa şəhərdə yaşayan ailəsini görmək üçün iş yerindən gedən işçi |
|||||
2 | İlk iş yerini axtaran universitet məzunu | |||||
3 | Əməkhaqqı aşağı olduğuna görə ona təklif edilən işdən imtina edən insan |
|||||
4 | Əhalinin alıcılıq qabiliyyətinin azalması və ticarətin zəifləməsi nəticəsində iş yerini itirən satıcı |
|||||
5 | Avtomobil sənayesində robotların tətbiq edilməsi nəticəsində iş yerini itirən fəhlə |