Coğrafi xəritə - bəşəriyyətin ən vacib ixtiralarından biridir. O, Yer haqqında
təsəvvürlərin formalaşmasının uzun tarixi prosesini əks etdirir. Sivilizasiyanın
ilk dövrlərində səyyahlar, coğrafiyaçılar və ticarət karvanları
üçün xəritə mühüm vasitə olduğu halda, hazırda insanların həyat və təsərrüfat
fəaliyyətinin ayrılmaz hissəsinə çevrilmişdir.
Müxtəlif xəritələrdən istifadə etməklə hər hansı bir əraziyə dair iqtisadi, sosial,
ekoloji və s. məlumatları əldə etmək mümkündür. Müasir dövrdə xəritələrin
tərtib edilməsi üçün kosmik texnologiyalar tətbiq olunur. Onlar
ərazidə baş verən prosesləri onlayn rejimdə izləməyə imkan yaradır; məsələn,
google.Earth proqramı vasitəsilə hər hansı bir coğrafi obyekt və məntəqənin
koordinatlarını, həmçinin məntəqələr arasında məsafəni müəyyən
etmək mümkündür.