Öyrəndiklərinizi
TƏTBİQ EDİN
Mətndə verilən məlumatları təhlil edin və suallara cavab verin.
Türkiyənin ərazisi (783,6 min. km2), əsasən, Cənub-Qərbi Asiyada, kiçik bir hissəsi isə Avropada
(ərazisinin 3%-i) yerləşir. Türkiyədə ÜDM-in adambaşına düşən həcmi 2021-ci ildə 9 632 ABŞ
dolları olmuşdur. 1927-ci ilə nisbətən Türkiyənin əhalisi 4,4 dəfə artaraq 2021-ci ildə 84,0 mln.
nəfərə çatmışdır. Əhalinin sıxlığı hər km2-də 107 nəfərdir. Ölkə əhalisinin 75%-i şəhərlərdə yaşayır.
Əhalinin sayının sürətli artımı ölkədə həlli mühüm əhəmiyyətə malik problemlərin yaranmasına
səbəb olmuşdur.
Türkiyədə əmək qabiliyyətli əhalinin payı 67%-dir.
0-14 yaş qrupunda əhalinin xüsusi çəkisi 24,3%,
15-65 yaşında olan əhalinin payı 67,7%, 65 yaşdan
yuxarı olanların payı isə 8%-dir. Ölkədə 15
yasından yuxarı əhali arasında 56 398 min nəfər
oxumağı və yazmağı bilir. Savadlılıq səviyyəsi kişilər
və qadınlar arasında müvafiq olaraq 98% və 91%
təşkil edir.
- Əmək ehtiyatlarının hansı kəmiyyət
və keyfiyyət göstəriciləri əks
olunmuşdur?
- Əmək ehtiyatlarına dair dolğun
məlumat almaq üçün hansı
məlumatları əlavə etmək lazımdır?