Dünyada tutduğu yer | Ölkə | Savadlılıq səviyyəsi, %-lə |
1 | Lüksemburq | 100 |
2 | Estoniya | 99,8 |
13 | Azərbaycan | 99,6 |
177 | Əfqanıstan | 38,2 |
184 | Niger | 19,1 |
Müasir dövrdə dövlətlərin təhsilə diqqəti və dövlət büdcəsindən ayrılan vəsaitin miqdarı müxtəlifdir. Bu, ölkələrin dövlət siyasətindən və inkişaf səviyyəsindən asılıdır.
Əmək ehtiyatlarının keyfiyyət göstəricilərindən biri də insanın fiziki iş qabiliyyəti və onun sağlamlığıdır. Müasir dövrdə istehsal prosesi işçi qüvvəsinin fiziki və intellektual yükünün artması ilə müşayiət olunur.
Keyfiyyət göstəriciləri iqtisadi artım və əhalinin həyat səviyyəsinin yüksəlməsinə birbaşa təsir edir.
İEÖ-lərdə əmək ehtiyatlarının sayı İEOÖ-lərə nisbətən az olsa da, onlar öz keyfiyyət göstəricilərinə, yəni təhsil (ibtidai, orta, natamam və ali), sağlamlıq, fiziki iş qabiliyyəti, peşə hazırlığı və ixtisas səviyyəsinə görə üstündürlər.
İEÖ-lərdə maliyyə vəsaitlərinin xeyli hissəsi insan resurslarının keyfiyyətinin daim təkmilləşdirilməsinə yönəldilir. Bu, “İnsan kapitalına sərmayə” adlanır.
İEOÖ-lərin əksəriyyətində əmək qabiliyyətli əhali arasında savadsızlıq daha yüksək olur. Bu isə ekstensiv təsərrüfatın üstünlüyü və əmək məhsuldarlığının aşağı düşməsi ilə nəticələnir. Savadsızlıq, ilk növbədə, yeni texnologiyaların tətbiqində maneə yaradır.