Əmək ehtiyatlarının artım tempinin yüksək və ya aşağı olması sosial və iqtisadi problemlərin yaranmasına səbəb ola bilər.
İllər | İqtisadi fəal əhalinin sayı - min nəfər ilə |
2017 | 4 822 |
2019 | 4 938 |
2021 | 4 988 |
Əmək ehtiyatlarının cins strukturu da mühüm kəmiyyət göstəricilərindən biridir. Bu onların tərkibində kişi və qadınların say nisbəti ilə xarakterizə olunur; məsələn, Azərbaycanda 2020-ci ildə əmək ehtiyatlarının 51%-ni kişilər, 49%-ni qadınlar təşkil etmişdir.
Dünyada əmək ehtiyatları qeyri-bərabər paylanmışdır. İEÖ-lərdə dünya əmək ehtiyatlarının yalnız 16%-i cəmlənmişdir. Əmək ehtiyatlarının böyük hissəsi Şərqi və Cənub-Şərqi Asiya (35%), Cənubi Asiya (20%) və Afrikanın (10%) payına düşür.
Əmək ehtiyatlarının qiymətləndirilməsində kəmiyyət göstəriciləri ilə yanaşı, keyfiyyət göstəriciləri də nəzərə alınır.
Əmək ehtiyatlarının ən mühüm keyfiyyət göstəricilərindən biri də əhalinin savadlılıq səviyyəsidir (oxuyub-yazmağı bilən əhalinin faizlə göstəricisi).
Əhalinin savadlılıq səviyyəsi, %-lə | ||
51-60 | 61-90 | 91%-dən yuxarı |