Müasir dövrdə Yeni Qvineya adasında, Amazon və Konqo hövzələrinin rütubətli ekvatorial meşələrində yaşayan, ovçuluq və yığıcılıqla məşğul olan qəbilələr hələ də demoqrafik keçidin I mərhələsindədirlər.
II mərhələ. Bu mərhələdə doğumun yüksək göstəriciləri saxlanılır, lakin səhiyyənin inkişafı sayəsində ölümün səviyyəsi azalır. Nəticədə əhalinin təbii artımı yüksəlir. Demoqrafik keçidin bu mərhələsi əhali artımının ənənəvi tipi də adlandırılır. Bu mərhələdə əhalinin sürətli artımı demoqrafik partlayışla müşayiət olunur. Avropada II mərhələyə keçid XIX əsrin əvvəllərində baş verdiyi halda, Afrika, Asiya və Latın Amerikasının bir sıra ölkələrində bu proses hələ də davam edir.
III mərhələ. Ölümün səviyyəsi əvvəlki mərhələdə olduğu kimi qalır, doğumun səviyyəsi isə aşağı düşür. Bu, iqtisadiyyat və səhiyyənin inkişafı, yaşayış səviyyəsinin yüksəlməsi, uşaqlara ayrılan xərclərin artması, qadınların aktiv ictimai fəaliyyəti ilə bağlıdır. Hazırda Latın Amerikasının əksər ölkələri demoqrafik keçidin bu mərhələsindədir. Bu ölkələrdə sənayenin inkişafı ilə əlaqədar iqtisadiyyat və əhalinin məşğulluq strukturlarında köklü dəyişikliklər baş verir.
IV mərhələ. Doğum və ölüm arasında fərqin azalması təbii artımın aşağı düşməsinə səbəb olur ki, bu zaman əhalinin sayı sabitləşir. Əvvəlki mərhələdə başlayan proseslər davam edir. Bu, İEÖ-lərin əksəriyyəti üçün xarakterikdir. Bəzi ölkələrdə isə hətta əhalinin təbii azalması da müşahidə olunur.
Region | Ölkə | hər 1000 nəfərə | Demoqrafik keçid mərhələsi |
|||
doğulanlar | ölənlər | təbii artım | ||||
Afrika
|
Misir | 27,2 | 4,3 | |||
Niger | 47,5 | 9,9 | ||||
Nigeriya | 34,6 | 8,7 | ||||
Şimali
Amerika |
ABŞ | 12,4 | 8,4 | |||
Kanada | 10,2 | 8,1 | ||||
Cənubi
Amerika |
Braziliya | 13,6 | 5,9 | |||
Argentina | 16,0 | 7,3 | ||||
Asiya
|
Azərbaycan | 14,5 | 6,9 | |||
Hindistan | 18,2 | 10,9 | ||||
Əfqanıstan | 36,7 | 12,3 |