Ölkə | hər min nəfərə | ÜDM-in adambaşına düşən həcmi (min ABŞ dolları ilə) |
||
doğum | ölüm | təbii artım | ||
Almaniya | 8,6 | 10,9 | -2,3 | 50,7 |
Lüksemburq | 11,6 | 7,4 | 4,2 | 131,3 |
Norveç | 12,1 | 8,2 | 3,9 | 82,2 |
Hindistan | 18,2 | 7,3 | 10,9 | 2,1 |
Braziliya | 13,6 | 5,9 | 7,7 | 7,8 |
İran | 16,3 | 4,7 | 11,6 | 12,7 |
Hazırda dünya əhalisini sayı 8 mlrd.-ı keçmişdir. BMT-nin hesablamalarına əsasən, XXI əsrin sonunda Yer kürəsində əhalinin sayı 11 mlrd, nəfərə çatacaq. Bir çox alimlərin fikrincə, əhali sayının bu həddi təbii ehtiyatların tükənməsinə, kənd təsərrüfatında yararlı torpaq sahələrinin deqradasiyaya uğramasına, dəniz və okeanlarda olan canlı aləmin kəskin azalmasına səbəb olacaqdır. Bunlar isə sosial, iqtisadi və ekoloji problemlərin yaranması və müxtəlif regionlarda insanların həyat səviyyələrinin aşağı düşməsi ilə nəticələnə bilər.
Region və ölkələrdə demoqrafik göstəricilərin - doğum, ölüm və təbii artımın səviyyəsi sosial-iqtisadi inkişafdan asılı olaraq dəyişir. Bu, demoqrafik keçid adlanır. Demoqrafik keçid 4 mərhələdən ibarətdir.
I mərhələ. Yüksək doğum, yüksək ölüm və təbiətdən asılılığın güclü olması nəticəsində təbii artımın aşağı olması xarakterikdir.