Coğrafiya və demoqrafiyanın qovuşması yeni bir elm sahəsinin - geo-
demoqrafiyanın
(coğrafi demoqrafiya) formalaşmasına səbəb olmuşdur.
Bu elm sahəsi fərqli ərazilərdə baş verən geodemoqrafık vəziyyətin öyrə-
nilməsi
ilə məşğuldur.
Demoqrafik vəziyyət - əhalinin təbii hərəkətinə, onun cins və yaş tərkibinə,
demoqrafik keçid problemlərinə, ailə strukturuna, orta ömür müddəti
uzunluğuna, ölkələrdə aparılan demoqrafik siyasətə aid sualları əhatə edir.
Geodemoqrafıyanı həm coğrafiyaçılar, həm də demoqraflar tədqiq edirlər.