7. Situasiya tapşırığı.
Çayların müxtəlifliyi
Çaylarda suyun səviyyəsinin zamandan asılılıq qrafiki hidroqraf adlanır. Hidroqraflar çay
dərələrində quraşdırılmış xüsusi məntəqələrdə ilboyu axan suyun səviyyəsini müşahidə
etməklə tərtib olunur. Bu qrafiklərdə üfüqi xətt boyunca yazılan rəqəmlər ayları, şaquli
xətt boyunca yazılan rəqəmlər isə suyun səviyyəsini ifadə edir. Hidroqrafları təhlil
etməklə çayların özünəməxsus xüsusiyyətlərini öyrənmək mümkündür. Bu isə çaylardan
təsərrüfatda düzgün istifadə edilməsinə imkan verir.
Tapşırıq 1.
Hidroqraflara əsasən aşağıdakı mülahizələrdən doğru olanlan seçin.
- B hidroqrafına uyğun çayda suyun maksimal səviyyəsi iyun ayının sonu - iyulun
əvvəlində olduğu halda, C hidroqrafına uyğun çayda bu vaxt suyun səviyyəsi
minimuma çatır.
- C hidroqrafına uyğun çaydan suvarma məqsədilə istifadə etmək D hidroqrafına
uyğun çaya nisbətən daha məqsədəuyğundur.
- A və B hidroqraflarına uyğun çaylarda suyun səviyyəsi eyni vaxtda ən yüksək
həddə olur.
- Dekabr, yanvar və fevral aylarında A, B, C və D hidroqraflarına uyğun çaylarda
suyun səviyyəsi digər aylara nisbətən daha aşağı olur.
- Çayların heç biri gəmiçilik üçün əlverişli deyil.
- C hidroqrafına uyğun çay istisna olmaqla digər çayların qidalanmasında qar və
buzlaqların ərinti suları üstünlük təşkil edir.
- Çayların hidroqrafı axdıqları əraziyə düşən yağıntıların göstəricisidir. Bu baxımdan
D hidroqrafina uyğun çayın axdığı ərazi daha quraq iqlimə malikdir.
- Yalnız A hidroqrafına uyğun çay dərəsində bənd tikməklə bu çayın rejimini tənzimləmək
mümkündür.
Tapşırıq 2.
Su anbarının tikintisi üçün verilən çaylardan yalnız biri seçilməlidir. Hansı
variantı seçərdiniz? Fikrinizi əsaslandırın.
Tapşırıq 3.
Qrafiklərdə ifadə olunan çayların sahillərində yaşayış məntəqələri vardır. Yaşayış
məntəqələrini təhlükəli sel hadisələrindən qorumaq üçün hansı çayın
sahili boyunca fitomeliorativ tədbirlərin görülməsi daha vacibdir. Fikrinizi
əsaslandırın.