1. Neotektonik hərəkətlərə qarşı qabaqlayıcı tədbirlər görən ölkələri müəyyən edin:
- Yaponiya.
- Nepal.
- Meksika.
- İslandiya.
- İtaliya.
- İran.
- Banqladeş.
- Yunanıstan.
2. Mineral ehtiyatların istifadəsinin səmərəli üsullarından hansına üstünlük
verirsiniz? Fikrinizi əsaslandırın.
3. Məntiqi ardıcıllığı tapın:
- Materiklərin sahilboyu əraziləri su altında qalır.
- Dünya okeanının sahəsi böyüyür.
- Okeanın səviyyəsi 0,5-2 m qalxır.
- İqlim 0,5-0,6° istiləşir.
- Örtük buzlaqların bir hissəsi əriyir.
- Havanın tərkibində karbon qazının miqdan artır.
- Havaya atılan zərərli qazların, sənaye və nəqliyyat tüstüsünün miqdarı artır.
4. Verilən məntəqələrdə torpaq ehtiyatlarını plan üzrə səciyyələndirin:
a) torpaq tipi
b) torpaqlardan istifadə
c) istifadə problemləri
- Cədvələ əsasən meşə sahələrinin fiziki-coğrafi vilayətlər üzrə dairəvi diaqramını qurun.
Təbii-coğrafi rayonlar |
%-lə göstərici |
Böyük Qafqaz |
48,5 |
Kiçik Qafqaz |
34,5 |
Talış dağları |
14,5 |
Kür dağarası çökəkliyi |
2,5 |
6. Uyğunluğu müəyyən edin:
1. Xəzri
2. Ağ və qara yel
3. Gilavar
A. Cənub, cənub-şərqdən əsir
B. Neft mədənlərinə zərər vurur
C. Havada rütubəti azaldır