Ölkələrin meşə ehtiyatları - onların meşə sahələrinə və oduncaq tədarükünə görə xarakterizə edilir.
Meşə sahələri, habelə meşə bitkiləri ilə örtülü olmayan (məsələn: tala) və qeyri-meşə sahələri (məsələn: cığırlar, bataqlıqlar və s.) dövlətin meşə fondunu yaradır.
İl ərzində dünyada təkcə oduncaq tədarükü 384 mlrd, m3 təşkil edir.
XVIII-XIX əsrlərdə indiki Azərbaycan ərazisinin 35%-i meşələrlə örtülü olmuşdur. Hazırda Azərbaycanda meşə fondu 1213,7 min hektardır. Bu isə adambaşına 0,12 hektar meşə sahəsi deməkdir.