2.10
Meşə ehtİyatları və onlardan İstİfadə
Meşə ehtiyatları, əsasən, mülayim və ekvatorial iqlim qurşaqlarında
cəmlənmişdir. Tayqa və rütubətli ekvatorial meşələr
insan təsirinə zəif məruz qalmışdır. Lakin mülayim qurşağın musson,
enliyarpaqlı və qarışıq meşələri, subtropik qurşağın codyarpaqlı
həmişəyaşıl meşələri və çay sahili meşə zolaqları müasir
dövrdə məhv olmaq təhlükəsi ilə üz-üzədir.
Xəritə-sxemə əsasən cədvəli tamamlayın.
Dünyanın meşə ehtiyatları
Ölkələr
|
Qarışıq və enliyarpaqlı
meşələr
|
İynəyarpaqlı meşələr
|
Subtropik meşələr
|
Rütubətli tropik meşələr (ekvatorial)
|
Rusiya |
|
|
|
|
Kanada |
|
|
|
|
ABŞ |
|
|
|
|
Polşa |
|
|
|
|
Braziliya |
|
|
|
|
İndoneziya |
|
|
|
|
Hindistan |
|
|
|
|
Müzakirə edin və nəticəni qısa mətn formasında təqdim edin:
- Hansı regionlar meşə sahələri ilə daha yaxşı təmin olunmuşdur?
Region |
Meşələrin sahəsi |
Oduncaq tədarükü |
mln. ha |
%-lə |
mlrd, m3 |
%-lə |
Avrasiya |
1795 |
35,0 |
158 |
41,2 |
Afrika |
1140 |
22,2 |
56 |
14,6 |
Şimali Amerika |
750 |
14,7 |
53 |
13,8 |
Cənubi Amerika |
1260 |
24,5 |
110 |
28,6 |
Avstraliya |
180 |
3,6 |
7 |
1,8 |
Dünya |
5125 |
100 |
384 |
100 |
• İNFORMASİYA FONDU •
Meşələrin intensiv şəkildə istismar olunması son iki əsrdə meşə sahələrinin iki dəfə azalması ilə
nəticələnmişdir. Meşələrin azalmasına bir neçə amil təsir edir: əkinçilik məqsədilə meşələrin qırılması
Avropa və Şimali Amerikada, tikinti materialı və mebel sənayesində istifadə Avropa, Asiya, Şimali
Amerika və Cənubi Amerikada, taxta-şalban istehsalı Asiya, Afrika, Şimali Amerika və Cənubi Amerikada,
yanacaq məqsədilə istifadə Afrika və Cənubi Amerikada müşahidə olunur. Son illər baş verən meşə
yanğınlarına Avstraliya, Asiya və Avropada daha çox rast gəlinir.