San torpaqlara rütubətli subtropik iqlimə malik Talış dağlarının ətəklərində və
Lənkəran ovalığında rast gəlinir. Tərkibində dəmir çox olduğundan torpaq qırmızı
və san rəngə çalır. Bu torpaqlarda çay, limon, feyxoa, tütün becərilir, həmçinin tərəvəzçiliyin
inkişaf etdirilməsi üçün geniş imkan vardır. Sarı torpaqların həddən artıq
istifadəsi, suvarmanın düzgün aparılmaması torpağın üzvi qatının zəifləməsinə
gətirib çıxarmışdır.
Torpaq fondu dövlətin mülkiyyəti olub daşınmaz əmlakdır. Hər bir dövlət öz sərhədləri
daxilində torpaq sahələrinin hüquqlarını dövlət qeydiyyatına alır, onların
keyfiyyət və kəmiyyət uçotunu aparır, torpaqları iqtisadi cəhətdən qiymətləndirir,
onların məhsuldarlıq səviyyəsini müəyyən edir. Alınan məlumatların cəmi dövlətin
torpaq kadastrı hesab edilir. Torpaq kadastrı dövlətin hüquqi sənədidir və Daşınmaz
Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilir. Azərbaycanda
torpaqlar - dövlət, bələdiyyə və xüsusi mülkiyyət formalarına bölünmüşdür.
• Bu maraqlıdır •
İsrail. Ölkə əhalisinin 20%-i kənd
təsərrüfatı ilə məşğuldur. Əkinçilik
ölkənin büdcəsinə hər il 1,5
milyard ABŞ dolları qazanc gətirir.
Məhsuldarlıq yüksəkdir. Ölkədə 1
kənd təsərrüfatı işçisi 92 nəfəri
ərzaq məhsulu ilə təmin etmək
imkanına malikdir. Ölkənin ixracatında
kənd təsərrüfatı məhsulları
xüsusi yer tutur. İsrail suyun
olmadığı, yayda gündüz temperaturun
40°, gecələr 0°C olduğu
Arava səhrasında təsərrüfat qurub.
Bu şəraitdə yetişdirilən güllər
8 gün solmadan qala bilir. Təbii ki,
bu da bitkiləri becərərkən tətbiq
edilən üsullarla bağlıdır.
Kənd təsərrüfatında çalışan 1 işçinin ərzaqla təmin edə
biləcəyi insanların sayı
Refleksiya
Fikirləri tamamlayın və onların
düzgünlüyünü mətnə əsasən yoxlayın.
- Çoxsahəli kənd təsərrüfatının inkişafına relyef və iqlim güclü təsir edir. Çünki...
- Son illər alternativ torpaqlara və ya "torpaqsız əkinçiliyə" meyil artır. Ona görə ki...
- Azərbaycanın dağ-çəmən torpaqlarında əkinçilik zəif inkişaf etmişdir. Buna səbəb ...
Öyrəndiklərinizi
TƏTBİQ EDİN
Xəritə-sxemə əsasən cədvəli tamamlayın.
Torpaq tipi |
İstifadə |
Problemlər |
Həlli yolları |
|
|
|
|