№ | Ölkələr | Ümumi sahəsi (mln. ha) | Kənd təsərrüfatı təyinatlı torpaqlar (mln. ha) | Becərilən torpaqlar (mln. ha) |
1 | Rusiya | 1709 | 393 | 118 |
2 | Kanada | 997 | 73 | 46 |
3 | Çin | 956 | 496 | 93 |
4 | ABŞ | 937 | 427 | 134 |
5 | Brazilya | 851 | 207 | 32 |
6 | Avstraliya | 768 | 496 | 45 |
7 | Hindistan | 329 | 182 | 165 |
8 | Argentina | 277 | 178 | 25 |
Azərbaycanın əksər düzənliklərində (Qanıx-Əyriçay və Lənkəran düzənliklərin- dən başqa) boz, boz-qonur, boz-çəmən torpaqlar geniş yayılıb. Bu torpaqlarda suvarma şəraitində payızlıq taxıl, pambıq, üzüm, şəkər çuğunduru, bostan bitkiləri, habelə zeytun, zəfəran, badam, püstə, ağ şanı, qara şanı kimi quru subtropik meyvəçilik inkişaf etdirilir. Boz torpaqlarda humusun miqdarı yüksək deyil. Bu səbəbdən də bitkilərin məhsuldarlığı dünya göstəricilərindən aşağıdır. Məsələn, Kanadanın qara torpaqlarında hər hektar taxıl zəmisindən 4-5 ton taxıl yığıldığı halda, Azərbaycanda bu göstərici 2,4-2,5 tona bərabərdir. Bu ərazilərdən qış otlağı kimi də istifadə olunur. Kür-Araz ovalığında, Abşeron yarımadasında, Şərur və Ordubad düzənliklərində şoranlaşmaya məruz qalan ərazilər geniş yayılmışdır.