Öyrəndiklərinizi
TƏTBİQ EDİN
Mətn əsasında cədvəli tamamlayın və təqdim edin.
- Kür daşqınları. "2010-cu ilin yazında Kür çayında son 100 ildə müşahidə olunmayan daşqın hadisəsi baş
verdi. Kürətrafı ərazilərdə 10 min hektarlarla əkin sahələri su altında qaldı, yollar dağıldı, yaşayış evləri
yararsız hala düşdü.
Daşqın Kürün aşağı axarında sahilboyu Salyan, Neftçala, Sabirabad, Saatlı, imişli, Kürdəmir - inzibati
rayonlarında, Hacıqabul və Şirvan şəhərlərində daha kəskin xarakterli oldu. Daşqına çay hövzəsində uzunmüddətli
yağışların yağması, qar örtüyünün vaxtından tez əriməsi və çayın mənsəbində lilin toplanması
səbəb olmuşdur. Bu təbiət hadisəsinə həmçinin əvvəllər mövcud olmuş torpaq bəndlərinin yerli əhali
tərəfindən uçurulması da təsir etmişdir. Hazırda Kür sahilində əhalinin sayının çoxalması nəticəsində
yaşayış sahələrinə tələb artmış və torpaq bəndlər kəndlərin daxilində qalmışdır. Əslində isə kənd
bəndlərdən ən azı 50-100 m aralı olmalıdır.
Problem:Kür çayında daşqın
Səbəblər
Nəticələr
Problemin həlli yolları
Öyrəndiklərinizi
YOXLAYIN
Kontur-xəritə üzərindəki rəqəmləri cədvələ uyğun qruplaşdırın.
İntensiv yağışlar nəticəsində
yaranan daşqınlar |
Qar əriməsi nəticəsində
yaranan daşqınlar |
Sel hadisələrinin müşahidə
olunduğu ərazilər |
|
|