Qlobal istiləşmə sonda örtük buzlaqlarının əriməsinə və dəniz sularının səviyyəsinin qalxmasına gətirib çıxarır.
Yer kürəsində havanın orta temperaturu 26°C olarsa, planetin buz örtüyü tamamilə yoxa çıxar. Əksər quru sahələri su altında qalar.
Quruda baş verən ən mühüm hidroloji hadisələrdən biri daşqın və subasmalardır.
Onları yaradan səbəblər müxtəlifdir:
a) uzunmüddətli yağışların yağması - musson iqlimə malik olan Şərqi, Cənub-Şərqi və Cənubi Asiya ölkələri üçün səciyyəvidir;
b) qar örtüyünün sürətlə əriməsi - mülayim iqlim qurşağında yerləşən Avropa, Şimali Amerika ölkələri və Şimali Asiya üçün səciyyəvidir;
c) texnogen amillər - su anbarında bəndin dağılması və s.
Daşqın və subasmaların təsirini azaltmaq üçün müxtəlif tədbirlər həyata keçirilir: çay deltası lildən təmizlənir, meandrlaşan ərazilərdə çayın məcrası düzləndirilir, sahilboyu bəndlər tikilir, aşağı axarlarda kanallar çəkilir.