Quru sularının digər geniş yayılmış növlərindən biri göllərdir. Göllərin suyunun
tərkibinin şirin və ya şor olması onların təsərrüfat məqsədilə istifadəsinin müxtəlifliyinə
imkan yaradır. Şor göllərdən (Masazır, Hacıhəsən və s.) duz istehsalında, şirin
sulu göllərdən (Göygöl, Maralgöl, Batabat və s.) istirahət, içməli su təchizatı, balıqçılıq
və s. məqsədlərlə istifadə olunur.
Refleksiya
Fikirləri tamamlayın və mətnə
əsasən onların düzgünlüyünü yoxlayın.
- Çay dərələri xüsusilə dağlıq ərazilərdə nəqliyyatın işinə müsbət təsir edir. Ona görə ki...
- Göllər istifadə olunması təyinatına görə bir-birindən fərqlənir. Çünki...
- Bulaqların əksəriyyətinin yaxınlığında turizm mərkəzləri fəaliyyət göstərir. Buna
səbəb...
Öyrəndiklərinizi
TƏTBİQ EDİN
Məişətdə sudan istifadənin strukturunu
təhlil edin və ondan qənaətlə istifadə
edilməsinə dair 3 təklif verin.
Öyrəndiklərinizi
YOXLAYIN
İfadələrə uyğun xəritə-sxemləri müəyyən edin:
- Su enerjinin alınmasında geniş istifadə olunur.
- Qışda "şose" yoluna çevrilir.
- Turizm üçün geniş imkanlara malikdir.
- Suvarmanın əhəmiyyəti daha böyükdür.