Çaylar, xüsusilə dağ çayları yüksəklikləri, sıldırım yamacları parçalayır, dərə boyunca ensiz və hamar düzənliklər yaradır. Onların axarı boyunca əksər hallarda yaşayış məntəqələri salınır. Dağlıq ərazilərdə çay dərələri boyunca nəqliyyat yollarının çəkilməsi iqtisadi cəhətdən sərfəli hesab olunur.
İqlim şəraitinin sərt olduğu ərazilərdə su hövzələri ilin çox hissəsində buzla örtülü olsa da, onlar mühüm təsərrüfat əhəmiyyətinə malikdir.
Qış aylarında donan Lena, Ob, Yenisey, Peçora, Nelson, Makkenzi, Yukon və bu kimi çaylanrın (a) üzəri avtomobillərin hərəkəti üçün “şose” rolunu oynayır. Buz örtüyü əridikdən sonra isə həmin çaylardan gəmiçilik (b) məqsədilə istifadə olunur.
Meşə tədarükü olunan ərazilərdəki düzənlik çayları oduncağın daşınmasında mühüm rola malikdir. Şalbanlar sal şəklində bir-birinə bərkidilir və çay boyunca axıdılır (c).