Qlobal istiləşmə okeanın səviyyəsinin 0,5-2 m qalxmasına, çoxillik donuşluq sahələrində buz qatının əriməsinə, qurunun çox böyük bir hissəsinin su altında qalmasına, meteoroloji fəlakətli hadisələrin sayının çoxalmasına, bitki və heyvanlar aləminin növ müxtəlifliyinin kəskin azalmasına, səhralaşmanın kəskin xarakter almasına səbəb ola bilər. İqlimin 0,5-0,6°C istiləşməsi meşələrin sərhədlərinin dağlıq ərazilərdə 100m yuxarıya qalxmasına səbəb olur. Belə fərz edilir ki, 12 mln. il əvvəl Yer kürəsinin temperaturu indikindən 2-3°C yüksək idi və onda Şimal yarımkürəsində meşələrin sərhədi müasir sərhədlərindən xeyli şimalda yerləşirdi.
Əlverişli iqlim şəraiti | Əlverişsiz iqlim şəraiti |
Əlverişli (komfort) - havanın temperaturu +18-26°C, nisbi rütübəti 50-60%, küləyin sürəti 0,1-0,2 m/san olur. Belə şəraitdə bədən istiliyi tənzimləyir, yuxu rejimi sabit olur, görmə orqanları normal fəaliyyət göstərir, insanların iş qabiliyyəti yüksəlir, qısa istirahətdən sonra yorğunluq keçir və orqanizm tez bir zamanda bərpa olur. | Əlverişsiz (diskomfort) - havanın temperaturu +30°C-dən yuxarı və ya -8°C-dən aşağı, nisbi rütubət 80%-dən yuxarı və ya 25%-dən aşağı, küləyin sürəti 9 m/san-dən çox, dumanlı hava şəraiti gün ərzində 3 saatdan artıq olması ilə səciyyələnir. Qışda - güclü şaxta zamanı ürək, bronxit, pnevmoniya və viruslu xəstəliklərin artması müşahidə olunur, isti havada günvurma - orqanizmin su-duz balansının pozulması, təzyiqin düşməsi baş verir. |
Hər il havaya 24 mlrd, m3 karbon qazı və digər zərərli maddələr atılır. Bu zərərli maddələr havadakı su buxarı ilə birləşərək yağıntılar vasitəsilə Yer səthinə qayıdır. Belə yağışlar “turşulu yağışlar” adlanır. Turşulu yağışların intensivləşməsi meşələri məhv edir və səhralaşma prosesini sürətləndirir.