2.5
İQLİM VƏ İNSAN SAĞLAMLIĞI
İqlim şəraiti əhalinin müəyyən ərazidə məskunlaşmasına, onların
təsərrüfat fəaliyyətinə, geyiminə, qidalanmasına və s. təsir edən başlıca
amillərdən biridir. Atmosferdə yaranan ekoloji problemlər birbaşa insan
sağlamlığına təsir edir.
•
TƏDQİQAT İŞİ •
Mətni təhlil edin.
Müzakirə edin və
nəticə çıxarın:
-
iqlim
dəyişmələri insan
sağlamlığına
necə təsir edə
bilər?
Qlobal istiləşmə Rusiyada necə təzahür edir?
Ərazisinin 2/3 hissəsi əbədi donuşluq olan Rusiyada qlobal istiləşmə
Avropa və Şimali Amerikaya nisbətən özünü daha kəskin şəkildə göstərir.
İstiləşmə 900-1000 m dərinliyədək donmuş vəziyyətdə olan süxurların üst
qatının əriməsi ilə bir sıra problemlərin yaranmasına səbəb olur. Hazırda
Moskvaətrafı rayonlarda XX əsrin 60-cı illərindən etibarən nadir hallarda
rast gəlinən malyariya, gənə ensefaliti və s. yoluxucu xəstəliklərin artması
halları müşahidə edilir. Xəstəliklərin yayılmasına səbəb şəhər kənarındakı
gölməçələrdə malyariya ağcaqanadlarının sürətlə çoxalmasıdır.
Son illər ölkənin şərq rayonlarında qızdırma xəstəliyinin yayılması təhlükəli
həddə çatmışdır. Daxili qanaxma ilə müşayiət olunan bu xəstəlik isti
iqlimin xarakterik olduğu Afrika və Cənub-Qərbi Asiya regionu üçün səciyyəvidir.
Sadalanan regionlarda əhalinin 90%-nin bu xəstəliyə qarşı
immuniteti vardır.
Hava şəraiti insan sağlamlığına təsir edən ən mühüm faktorlardan biridir. Havanın
temperaturu aşağı olduqda insan orqanizmində titrəmə, soyuqdəymə, donma, yuxarı
olduqda isə halsızlıq, günvurma və s. hadisələr baş verir.
• Bu maraqlıdır •
•
İnsan gün ərzində 2 kq qida qəbul etməlidir, lakin o, 30 gün
qidasız yaşaya bilər.
•
İnsanın gün ərzində suya olan tələbatı 2 litrə qədər ola bilər.
Eyni zamanda o, 7 gün susuz qala bilər.
•
İnsan gün ərzində 20 min dəfə nəfəs alır, bu zaman 25 kq
hava udur. Lakin o, havasız şəraitdə 2-3 dəqiqə qala bilər.
İnsan sağlamlığına təsir edən amillərdən biri günəş şüalarıdır. Günəşin ultrabənövşəyi
şüalan Yer səthindən təqribən 20-25 km hündürlükdə, stratosfer təbəqəsində
yerləşən ozon (O3) qatı tərəfindən tənzimlənir. Yer səthinə çatan ultrabənövşəyi şüaları
təsiri insanlarda mərkəzi sinir sisteminin fəaliyyətini yüksəldir, dərinin qoruyucu funksiyasını
yaxşılaşdırır, daxili vəzilərdə dəmirin fəaliyyətini aktivləşdirir, qanın tərkibində maddələr mübadiləsini yaxşılaşdırır.