Öyrəndiklərinizi
YOXLAYIN
1. Cədvəli tamamlayın.
Meteoroloji hadisə |
Yarandığı ərazilər |
Səciyyəvi əlamətləri |
Yayıldığı regionlar |
Tayfun |
|
|
|
Toz burulğanı |
|
|
|
2. Uyğunluğu müəyyən edin.
Həbib
Sirokko
Baquyo
Vili-vili
Qasırğa
Avstraliya
Filippin
Səudiyyə Ərəbistanı
ABŞ
Fransa
2.4
Praktİk dərs.İqlİm
xərİtələrİnİntəhlİlİ
İqlim xəritələri tematik xəritələrdir. Bu xəritələrdən hər hansı ərazidə
yanvar və iyul aylarının orta temperaturunu, bəzi məntəqələrdə
müşahidə olunan maksimum və minimum temperaturu,
yağıntının orta illik miqdarını, daimi və mövsümi küləklərin istiqamətini
və digər coğrafi məlumatları əldə etmək mümkündür.
-
İqlim xəritələrinin tərtib
edilməsində hansı
kartoqrafik üsullardan
istifadə olunur?
I tapşınq. Dünyanın iqlim xəritəsinin tərtib edilməsinə aid suallara cavab yazın.
1. Orta illik yağıntının miqdarının iqlim xəritələrində təsvir edilməsi:
a) İqlim xəritələrində əraziyə düşən orta illik yağıntı hansı kartoqrafik üsulla təsvir
edilmişdir?
b) Dünyada ən bol yağıntı alan ərazilər haradadır və oraya düşən yağıntının miqdarı nə qədərdir?
c) Yağıntıların minimum olduğu yerlər hansı əraziləri əhatə edir və bu ərazilərdə yağıntının
miqdarı nə qədərdir?
2. İqlim xəritələrində ərazinin temperaturunun təsvir edilməsi:
d) İyul və yanvar aylarının orta temperaturları necə işarələnmişdir?
e) Ən aşağı yanvar və ən yuxan iyul izotermləri hansı ərazilərdən keçir?
f) Şimal və Cənub yarımkürələrində çəkilən izotermlərin fərqli xüsusiyyətini şərh edin.
3. Hər hansı məntəqədəki temperaturun təsvir edilməsi:
g) Müşahidə edilən maksimum və minimum temperatur necə ifadə olunmuşdur?
h) Dünyada maksimum temperatur neçə dərəcə olmuş və harada müşahidə edilmişdir?