• Fəaliyyət-1 •
Xəritə-sxemə əsasən güclü küləklərin baş verdiyi ərazilərin
iqlimini şərh edin və onların yayılmasının coğrafi qanunauyğunluqlarını
müəyyənləşdirin.
Müzakirə edin və nəticə çıxarın:
-
Güclü küləklər hansı regionlarda iqtisadiyyata daha çox
ziyan vurur?
-
Ölkələrin iqtisadi inkişafı ilə təbiət hadisələrindən
dəyən ziyan arasında asılılıq varmı? Fikrinizi
əsaslandırın.
Meteoroloji iqlim hadisələrindən biri də toz burulğanlarıdır. Toz burulğanı
mülayim və tropik iqlim qurşaqlarının səhra və yarımsəhralarında yaranır. Tayfundan
fərqli olaraq toz burulğanı zamanı havanın nisbi rütubəti 10%-dən az, temperatur
isə +500C-dən yüksək olur. Burulğan zamanı külək Yer səthindəki qum hissəciklərini
havaya “uçurur”. Bu proses deflyasiya adlanır. Deflyasiya nəticəsində əkin
sahələri, su mənbələri, nəqliyyat yollan, hətta yaşayış məntəqələri qumla örtülür.
• İNFORMASİYA FONDU •
Azərbaycan ərazisində baş verən meteoroloji hadisələrdən xəzri, gilavar, qarayel və ağ yeli misal göstərmək olar. Xəzri küləyi Abşeronda
bəzən dağıdıcı hadisələrlə müşayiət olunur. Küləyin sürəti bəzən saniyədə 40-42 m-ə çatır. Bu
zaman Xəzərdə dalğaların hündürlüyü 10-12 m-ə çatır ki, bu da dəniz təsərrüfatına, xüsusən neft
mədənlərinə ziyan vurur. O, il ərzində 100 dəfəyədək təkrarlana bilir.
Ölkənin əksər düzənlik və dağətəyi ərazilərində ilin isti dövründə əsən ağ və qara yellər əkin sahələrinə
zərər vurur. Bu küləklər havanın nisbi rütubətini kəskin azaldır, torpağın üst qatını sovuraraq
eroziyanı artırır, ağacları qurudur. Ölkənin şərq rayonlarında cənub, cənub-şərq istiqamətindən
əsən gilavar küləyi də rütubətin kəskin azalmasına səbəb olur.
Bu zaman ətrafda görmə məhdudlaşır, insanların nəfəsalması çətinləşir. Yaranan toz
dumanı günəş şüalarının qarşısını alır. Sovrulan toz hissəcikləri 1000 km-lərlə kənar yerlərə çökür.
Toz burulğanları səhralaşma prosesini sü-
rətləndirir, səhraların genişlənməsinə sə-
bəb olur.
Burulğanlar səhralardakı şor göllərin
sahillərində baş verdikdə duz hissəciklərini
də qumla birlikdə ətrafa səpələyir.
Bu isə hadisənin təhlükəliliyini və fəsadlarının
daha da ağırlaşmasını gücləndirir.
Toz burulğanları
Toz burulğanlarına Şimali Afrika,
Cənub-Qərbi və Mərkəzi Asiyada daha
çox rast gəlinir. Bəzi hallarda Azərbaycanda
müşahidə olunan “palçıq yağışları” məhz Türkmənistan,
Pakistan və Səudiyyə Ərəbistanının
üzərində yaranan toz burulğanları ilə əlaqədardır.
Toz burulğanlarının tərkibindəki toksik
(zəhərli) maddələr insanların tənəffüs orqanlarında
bir sıra xəstəliklər yaradır.
Toz burulğanları Şimali Afrikada səmum
və xəmsin, Ərəbistan yarımadasında həbib,
Cənubi Avropa ölkələrində (Fransa, İtaliya)
isə sirokko adlanır.
Meteoroloji hadisələrin qarşısını tamamilə almaq
mümkün olmasa da, onların təsirlərini azaltmaq
olar. Bu, təsərrüfat sahələrinə dəyə biləcək
ziyanın qarşısını almağa qismən imkan verir.