Yaranan problemlər | Hansı meteoroloji hadisələr buna səbəb olur |
Bitkilərin məhsuldarlığının azalması | |
Avtomobil yollarında baş verən qəzalar | |
Təyyarələrin hava limanında enmə-qalxmasında yaranan çətinliklər | |
Tikinti işlərinin ləngiməsi və ya dayanması | |
... |
Şiddətli və quru isti küləklər, burulğan, leysan yağışları, dolu, çovğun, sırsıra, toz (qum) burulğanları, şaxta, duman və s. təhlükəli hallar yarada bilən meteoroloji hadisələrdir.
Atmosferdə baş verən ən təhlükəli hadisələrdən biri qasırğadır (sürəti 30 san/m-dən çox olan dağıdıcı külək). Qasırğa müxtəlif regionlarda fərqli adlarla tanınır. Onlardan biri Cənub-Şərqi Asiyada baş verən tayfundur (“tayfun” - çin dilində “tay” - güclü, “fun” - külək). Tayfunlar, əsasən, tropik enliklərdə (ekvatordan 6-15° şimal və cənub enliklərində) dənizlərin üzərində formalaşdığı üçün yüksək rütubətə malik olur. Bu küləklər günün ikinci yarısında su səthinin maksimum qızmasından sonra yaranır. Güclü leysan yağışları ilə müşayiət olunan tropik tayfunlar böyük dağıntılara səbəb olur, iqtisadiyyata ziyan vurur və bəzən insan tələfatı ilə nəticələnir.
Qasırğa Şimali Amerikada “tornado”, Filippin adalarında “baquyo”, Avstraliyada “vili-vili” və s. adlanır. Onların hər birinin özünəməxsus xüsisiyyəti vardır. Onların əhatə etdiyi ərazi 200 km2-dək, bəzi hallarda isə minlərlə km2-dək olur.