Mineral ehtiyatların miqdarına dair statistik rəqəmlər sabit deyildir. Son texnologiyaların tətbiqi yeni yataqların aşkar edilməsi ilə nəticələnə bilir. Məsələn, ABŞ, Rusiya və digər ölkələrdə yeni neft yataqları tapılmış və ehtiyatların miqdarı müəyyən edilmişdir. Azərbaycanda isə yeni texnologiyalar əsasında quruda “Qaradağ”, “Gürgan”, “Zirə”, dənizdə isə “Abşeron”, “Bahar”, “Dan ulduzu”, “Ümid” və “Şahdəniz” kimi təbii qaz yataqlarının ehtiyatı hesablanmışdır.
Yer qabığı metallurgiya sənayesi üçün xammal əhəmiyyəti olan təbii ehtiyatlarla zəngindir. Lakin onların əksəriyyəti potensial ehtiyatlardır (gələcəkdə istifadə oluna biləcək ehtiyat) və ya sənaye əhəmiyyətli deyil. Potensial ehtiyatların istifadəsi səmərəli deyil, çünki onlar daha dərin qatlarda yerləşir və ya tərkibi “kasıb”dır. Ehtiyatların dağlıq ərazilərdə yerləşməsi isə daşınmalar zamanı əlavə nəqliyyat xərcləri tələb edir.
Mineral ehtiyatlardan səmərəli istifadə dövlətin daim diqqət mərkəzində olan strateji məsələ olduğundan onlardan kompleks istifadə edilməsi üçün müxtəlif yollar tətbiq edilir.
Mineral ehtiyatlardan səmərəli istifadə yolları | |||
Yataqda olan ehti- yatın tam hasil olunması |
Tərkibində filiz olan tullantılardan təkrar istifadə |
Filiz tərkibi "kasıb" olan süxurların emala cəlb olunması |
Xammaldan kompleks istifadə |
Mineral ehtiyatların bərpa olunmayan xüsusiyyəti onların yeni süni əvəzedicilərinin axtarışını və tətbiqini tələb edir.
Mineral ehtiyatlar | Ümumi ehtiyatı | İllik hasilatı |
Daş kömür |
1,6 mlrd, ton | 64 mln. ton |
Boksit |
360 mln. ton | 9 mln. ton |
Mis |
165 mln. ton | 5,5 mln. ton |
Ölkə | Ehtiyat, mlrd.ton | Hasilat, mln. ton | Çatacağı il |
Səudiyyə Ərəbistanı | 40,0 | 515 | |
ABŞ | 8,2 | 711 | |
Kanada | 27,1 | 267 | |
İraq | 19,7 | 200 |