Öyrəndiyiniz məlumatlara əsasən geoloji-tektonik və geoloji-geomorfoloji təbiət hadisələrinin
yayılmasında ən azı 3 coğrafi qanunauyğunluğu müəyyən edib yazın.
Dərsdən sonra
LAYİHƏ-1: "VULKAN PÜSKÜRMƏLƏRİ"
İnternet resurslarından istifadə edərək baş vermiş vulkan püskürmələrinin tarixi ardıcıllığını
əks etdirən şkalanı tamamlayın və vulkan püskürmələrinə dair təqdimat hazırlayın.
1. Vulkanların yaratdığı dağıntıları və həlak olan insanların sayının artma ardıcıllığını əks etdirən
diaqramlar qurun. 2. Vulkan püskürmələrinin yerləşdiyi regionları əks etdirən xəritə-sxem tərtib
edin. 3.Vulkan püskürmələrinin insanlara təsiri barədə referat hazırlayın. 4. Vulkan püskürmələrinin
yaratdığı faciələrin nəticələrini minimuma endirmək üçün görülən tədbirlər barədə
fikirlərinizi qeyd edin.
1707-ci ildə Fudziyama...
79-cu ildə Vezuvi vulkanının püskürməsi zamanı Roma imperiyasının Pompey,
Herkulanum və Stabiya şəhərləri məhv olmuşdur. Minlərlə insan vulkan külü
altında qalmış və ya zəhərli qazlardan boğulmuşdu.
LAYİHƏ-2: "ZƏLZƏLƏ"
İnternet resurslarından istifadə edərək 2023-cü il 6 fevralda Türkiyədə baş verən zəlzələyə aid
aşağıdakı plan üzrə məlumat toplayın və təqdim edin:
Zəlzələnin baş vermə səbəbi
Zəlzələnin baş verdiyi yaşayış məntəqələri
Zəlzələ nəticəsində baş verən dağıntılar və onların aradan qaldırılması yolları