• Fəaliyyət •
Mənbələrə əsasən İslandiya üçün geotermal enerjidən istifadənin əhəmiyyətini təhlil edin.
Mənbə 1.
İslandiya. Geo ES.
İslandiyada istehsal edilən elektrik
enerjisinin 20%-dən çoxu Geo ES-dən
alınır. Bu ölkədə geotermal
sulardan əldə edilən elektrik
enerjisi bina və istixanalarda (gül,
meyvə-tərəvəz, hətta sitrus meyvələri
yetişdirilərkən), habelə hovuzların
qızdırılmasında istifadə olunur.
Mənbə 2. İslandiyada Geo ES-də enerji istehsalı
göstəricilərinin illər üzrə dəyişməsi
Mənbə 3. İslandiyanın ixrac etdiyi məhsulların
strukturu (%-lə)
Müzakirə edin və nəticə çıxarın:
- Geotermal enerjidən istifadə edilməsi İslandiyanın təsərrüfat strukturunda hansı dəyişikliyə
səbəb olmuşdur?
Kataklizm hadisələrindən biri də zəlzələlərdir. Baş verən güclü zəlzələlər kütləvi
insan tələfatına və dağıntılara səbəb olduğundan onun qabaqcadan proqnozlaşdırılması
böyük əhəmiyyət daşıyır. Müasir dövrdə yüksək səviyyəli elmi tədqiqatların aparılmasına
baxmayaraq hələ də bu sahədə ciddi nailiyyətlər əldə etmək mümkün
olmamışdır.