• İNFORMASİYA FONDU •
Yer qabığında dərinliyə doğru hər 33 m-də süxurların temperaturu 1°
artır (geotermik pillə). Bu isə vulkanizmin daha aktiv olduğu ərazilərdə
yeraltı suların temperaturunun artmasına, onların mineral tərkibinin zənginləşməsinə səbəb olur. Bu
ərazilərdə maqmatik və metamorfik süxurlara daha çox rast gəlinir. Belə süxurlar filiz faydalı
qazıntıları
ilə zəngindir.
Neotektonik hərəkətlər təbiətdə böyük dağıntılar törədən hadisələrə, yəni kataklizmlərə
səbəb olur. Kataklizm hadisələrindən biri vulkan püskürmələridir. Vulkan
hadisələri dağıdıcı və fəlakətli
İtaliyanın Toskana bölgəsində dərin quyulardan
(250-900 m) ayrılan buxardan tərkibi minerallarla
zəngin olan duzlar alınır. Emal prosesində Geo ES-də
istehsal edilən elektrik enerjisindən istifadə olunur.
Geo ES-in
sxematik
təsviri
təbiət hadisəsi olsa da, onların müsbət tərəfləri vardır. Vulkanlara yaxın olan ərazilərdəki torpaqların tərkibində dəmir, pirit,
xrom və bu kimi müxtəlif elementlərə
rast gəlinir. Vulkan külü torpağı minerallarla
zənginləşdirir və bu torpaqlar əkinə
daha yararlı olur. Bu amil belə ərazilərdə
əhalinin sıx məskunlaşmasının əsas səbəblərindəndir.
Vulkanizmin aktiv olduğu ərazilərdə
isti, təzyiqli və minerallarla zəngin olan sular
Yer qabığındakı çatlarla termal bulaq
və ya qeyzerlər şəklində səthə çıxır. Qeyzer
və termal bulaqlar isə geotermal elektrik
stansiyalarının (Geo ES) iş fəaliyyətini
təmin edir. Hazırda Geo ES-lər İslandiya,
İtaliya, Yeni Zelandiya, ABŞ, Yaponiya,
İndoneziya və digər ölkələrdə enerji ilə
təminatın mühüm sahəsinə çevrilməkdədir.
• Bu maraqlıdır •
Cənub-Şərqi Asiyada
vulkan konuslarındakı oyuqlar bəzi
quşlar üçün təbii inkubator rolunu oynayır. Yuvalar dərin qatlardan çıxan
istilik hesabına qızdığı üçün ana quşlar kürt (qırt) yatmadan yumurtalardan
bala çıxarırlar.
Yeraltı suların müalicəvi xüsusiyyətləri ərazilərin kurort-rekreasiya əhəmiyyətini artırır.
• İNFORMASİYA FONDU •
Kəlbəcər. İstisu.
Termal sular müalicə-rekreasiya məqsədilə istifadə olunur. Tarixboyu bu
bulaqlar müxtəlif xəstəliklərin müalicəsində insanlar üçün şəfa ocağı
olmuşdur. Azərbaycanda ən məşhur termal bulaq Kəlbəcərdəki İstisudur.
Belə bulaqlara ölkə ərazisində digər tektonik çatlar boyunca da rast
gəlinir. Talış dağlarının ətəklərində yerləşən isti suların temperaturu 3864
dərəcə arasında dəyişir. Masallı, Lənkəran və Astara rayonlarının
ərazisində yerləşən bu bulaqlardan bir sıra xəstəliklərin (dəri, revmatizm,
oynaq xəstəlikləri və s.) müalicəsində istifadə olunur.