Təbiət zaman etibarilə sonsuzdur. Yer kürəsində təbiətin yaşı cəmiyyətin
yaşından ölçüyəgəlməz dərəcədə çoxdur. İnsan təbiətə nə qədər
güclü təsir göstərsə də, bu təsir onu tamamilə əhatə edə bilmir. Tez-tez
təkrar edirlər: “İnsan təbiət üzərində hökmranlıq edir”, “İnsan təbiətin
ağasıdır”. Bu ifadələr nə dərəcədə düzdür? Əlbəttə, insan təbiət üzərində
getdikcə daha çox hökmranlıq etməklə ona daha çox təsir edir. Onu öz
xeyri üçün dəyişdirir. Lakin o heç bir zaman təbiətin qanunlarını dəyişdirə
və yeni qanunlar yarada bilməz.