CİS kartoqrafiyada yeni istiqamətin - operativ kartoqrafiyanın yaranmasına təkan verib. Operativ kartoqrafiya ərazinin real vəziyyətinin qısa müddətdə xəritələşdirilməsidir.
Xəritələşdirmə zamanı bazaya daxil edilən məlumatlar dərhal təhlil olunur, nəticədə alınan xəritələr təhlükəli proseslərin (meşə yanğınları, təbii fəlakət hadisələri, atom-elektrik stansiyasında baş verə bilən qəza nəticəsində yayılan radiasiya və s.) inkişafını izləməyə, onların arealını proqnozlaşdırmağa imkan verir. Bu isə əhalini və əlaqədar təşkilatları vaxtında məlumatlandırmağa və müvafiq tədbirlərin həyata keçirilməsinə şərait yaradır.