CİS - məlumatların toplanması, saxlanması, emalı və nümayiş etdirilməsinə xidmət edən informasiya sistemlərinin bir növüdür. CİS-də coğrafi obyektlər (qitələr, ölkələr, şəhərlər, dağlar, düzənliklər, okeanlar, dənizlər və s.) haqqında geniş məlumatlar toplanılır.
Xəritələrin təhlili xeyli vaxt və zəhmət tələb edir. CİS-in köməkliyi ilə müəyyən bir ərazi haqqında dolğun məlumat almaq, məzmunu təbəqələr ilə göstərmək və müxtəlif xəritələri müqayisə etmək mümkündür. CİS müxtəlif tipli xəritələri elektron hala gətirir və ümumiləşdirir ki, bu da gələcəkdə onların istifadəsini asanlaşdırır.
CİS-də daha çox istifadə olunan kartoqrafik kompüter proqramları - Maplnfo Pro, Arclnfo (ESRI), MGE, GEO/SQLvə s-dir.
Müasir dövrdə coğrafi obyektlər haqqında informasiyaları təqdim etmək və onların mövqeyini daha tez təyin etmək üçün ən səmərəli üsul CİS-dir. Adi xəritədə hər hansı bir coğrafi obyektin mövqeyini təyin etmək üçün ən asan üsul onun koordinatlarını bilməkdir. CİS ilə daha sadə və asan üsulla obyektin axtarışını həyata keçirmək mümkündür. Bunun üçün obyektin adını axtarış sisteminə daxil etmək kifayətdir.
CİS-in quruluşunu məlumat qatlarının üst-üstə ardıcıl yığılması kimi təsvir etmək olar. Hər bir təbəqədəki (lay) məlumatlar əraziyə dair xəritə və rəqəm göstəriciləri formasında ola bilər.
Təhlil zamanı bu təbəqələrdə olan məlumatlar müxtəlif variantlarda istifadə olunur (a).
CİS istənilən coğrafi hadisəni - hava proqnozunu, ətraf mühitdə baş verən dəyişiklikləri, litosfer tavalarının hərəkətini və s.-ni təhlil etməyə və onlan modelləşdirməyə imkan verir. O, müxtəlif mənbələrdən alınan coğrafi informasiyaları bir-biri ilə əlaqələndirməklə problemin həllinə yardım edir (b).