TAPŞIRIQ | İŞİN YERİNƏ YETİRİLMƏ QAYDASI |
YARANAN PROBLEMLƏR |
Obyektin mövqeyinin təyini | Koordinatlara görə obyektin yerinin müəyyən edilməsi | Koordinatları məlum olmayan obyektin axtarışına çox vaxt sərf edilir. |
Obyektlər arasında məsafənin ölçülməsi | ||
Obyektin fiziki-coğrafi səciyyəsi | ||
Obyektin iqtisadi səciyyəsi | ||
Coğrafi qanunauyğunluqların müəyyən edilməsi |
Qədim dövrlərdə tədqiqatçılar və səyyahlar yeni əraziləri kəşf etdikcə həmin yerlərin relyefi, əhalisi, yaşayış məntəqələri, bitki və heyvanlar aləmi, həmçinin təbii sərvətləri və s. haqqında məlumatları toplamaq və saxlamaq üçün müxtəlif üsullardan istifadə edirdilər. Belə üsullardan biri də müxtəlif xəritə və sxemlərin tərtib edilməsidir.
Hazırda xəritələr coğrafiya, iqtisadiyyat, tarix və s. elmlərdə istifadə olunur. Onlardan coğrafiyaçılar, iqtisadçılar, arxeoloqlar, energetiklər və digər sahələrin mütəxəssisləri bir vasitə kimi istifadə edirlər. Son illər xəritələrin məzmunu və istifadəsi daha da mürəkkəbləşmiş və yeni istiqamət almışdır.
Müasir dövrdə kartoqrafiya kosmik texnologiyaların tətbiqi ilə inkişaf etdirilir. Xəritələrin tərtibinin daha da təkmilləşdirilməsi informasiya texnologiyaları əsasında həyata keçirilir. Belə texnologiyaların ən mükəmməli coğrafi informasiya sistemləridir (CİS).