Maşınqayırma sənayesi isə əmək ehtiyatlarının, xüsusən ixtisaslı kadrların olduğu iri şəhərlərdə yerləşdirilir. Bu şəhərlərin böyüməsi aqlomerasiya və meqalopolislər yaradır.
Ölkələr müxtəlif göstəricilərinə görə (əhalinin sayına, adambaşına düşən milli gəlirə, elektrik enerjisi istehsalına və s.) bir-birindən fərqlənir. Kartoqrafik təsvirlər üzərində bu fərqləri əks etdirmək üçün son illərdə anamorfoz xəritələrdən istifadə olunur. Anamorfoz xəritələr ənənəvi xəritələrdən tamamilə fərqlənir. Bu xəritələr riyazi statistika əsasında tərtib edilir. Məsələn, dünya əhalisinin sayını göstərən anamorfoz xəritədə Çin, Hindistan və əhalisinin sayı daha çox olan digər ölkələrin ərazisi təhrif olunmuş halda, yəni daha qabarıq təsvir edilir.
Əhalisi azsaylı olan ölkələrin (məsələn: Kanada, Avstraliya və s.) ərazisi böyük olsa da, anamorfoz xəritələrdə daha kiçik ölçüdə göstərilir. Ölkə daxilində daha “güclü mərkəz”lərlə yanaşı, “zəif əyalətlər”i də belə xəritələrdə təsvir etmək olar.
Kənd təsərrüfatı sahəsi | Əlaqədar olaraq yaranan aqrar-sənaye sahəsi | İnkişaf etdiyi mərkəzlər |
Üzümçülük | Şərabçılıq | Şamaxı, Göygöl, Tovuz, Qazax, Kürdəmir, Cəlilabad, Naxçıvan |
Pambıqçılıq | Pambıqtəmizləmə | |
Meyvəçilik | Meyvə-tərəvəz konserv | |
Baramaçılıq | İpəkçilik | |
Çayçılıq | Çay sənayesi |