1.4
PRAKTİK DƏRS.CoĞRAFİ XƏRİTƏLƏRİN QRAFİK TƏHLİLİ
Relyef profili fiziki xəritələrdəki izohips (horizontallar) və izobatlara əsasən tərtib edilir.
n ü m u n ə
Xəritə əsasında Gamışdağ - Sabirabad xətti boyunca profilin qurulması.
Profilin qurulması ardıcıllığı
A)
Üfüqi və şaquli ox çəkilir; şaquli ox hündürlük şkalasına uyğun rəqəmlərə əsasən bölünür. Bölgüdə
minimum (Sabirabad: -11 m) və maksimum (Gamışdağ: 3724 m) hündürlüklər nəzərə alınmalıdır.
B)
Xəritə üzərində profil xətti (A - D) boyunca onun horizontallarla kəsişdiyi məntəqələr arasında məsafələr
ölçülürvə üfüqi ox üzərində qeyd edilir. Hər kəsiyin sonunda perpendikulyar xətlər çəkilir.