Qrafik və diaqramlardan müasir dövrdə daha geniş istifadə olunur. Onlar coğrafi hadisə və proseslərin
dəyişmə dinamikasını izləməyə imkan verir. Qrafik və diaqramlar daha çox xəritələrin tərtibində,
hesabatların hazırlanmasında tətbiq edilir. Kompüter texnologiyaları - qrafik və diaqramların riyazi
statistikası əsasında tərtib edilməsinə və daha mükəmməl olmasına imkan verir.
Refleksiya
Fikirləri tamamlayın və onların
düzgünlüyünü mətnə əsasən yoxlayın.
- Statistik məlumatları qrafik və diaqramlarla təqdim etmək daha əlverişlidir. Çünki...
- Kompüter texnologiyaları ilə tərtib edilən qrafik və diaqramlar daha mükəmməldir. Ona görə
ki...
Öyrəndiklərinizi
TƏTBİQ EDİN
1. Azərbaycanda buğda əkin sahələrinin statistik göstəricilərinə əsasən diaqram qurun.
İllər |
Əkin sahələri, min ha |
2000 |
648 |
2005 |
802 |
2010 |
968 |
2015 |
952 |
2020 |
989 |
2021 |
999 |
Öyrəndiklərinizi
YOXLAYIN
1. Cədvəl (a) və mətn ( b, c ) formasında
verilmiş statistik göstəriciləri daha əyani əks etdirə bilən
diaqramlar
qurun.
a)
Azərbaycanda kənd təsərrüfatı bitkilərinin əkin sahələri, min ha
(2021-ci il)
|
Taxıl |
Pambıq |
Kartof |
999 |
100 |
561 |
b)
İEÖ-lərdə (məsələn: Finlandiya) əhalinin əksəriyyəti xidmət sahələrində (69%), digər hissəsi isə
sənayedə (28%) və kənd təsərrüfatında (3%) çalışır. Əksər geridə qalmış ölkələrdə (məsələn:
Nigeriya) əhalinin xeyli hissəsi kənd təsərrüfatında çalışır (45% və daha çox). Sənayedə 20%, xidmət
sahələrində isə 35% əhali işləyir.
c)
Qazaxıstan çoxmillətli dövlətdir. 2022-ci il statistik məlumatlarına görə ölkə əhalisinin milli
tərkibinin 70,4%-ni qazaxlar təşkil etmişdir. Əhalinin 15,5%-i ruslar, 3,2%-i özbəklər, 2,0%-i
ukraynalılar, 1,5%-i uyğurlar, 1,2%-i tatarlar, 1,2%-i almanlar, qalanı isə digər millətlərdir.
Ölkədə digər millətlər dil, din və tarixi-mədəni irsini qoruyub saxlayırlar.