Neotektonik - hər hansı bir ərazidə meydana gəlmiş son tektonik rejim dəyişikliyindən
müasir dövrümüzə kimi
davam edən tektonik proses.
Nəqliyyat qovşağı - müxtəlif növ nəqliyyat yollarının kəsişdiyi coğrafi məntəqə.
Ozon qatı (O3) - Günəşin məhvedici ultrabənövşəyi şüalarını udur, onların Yer səthinə
çatmasına mane olur.
Ofşor zonalar- vergidən tamamilə azad olunmuş və nəzarəti zəif olan zonalardır.
Paleotektonik - qədim dövrlərdə baş vermiş tektonik proses.
Passionarlıq - etnosun ətraf mühitdən daha çox enerji qəbul edərək onu fəaliyyət
şəklində istifadə etməsi.
Profil - Yer səthinin müəyyən bir hissəsinin eninə və ya uzununa şaquli kəsilişi.
Riyazi statistika - verilənlərin sistemləşdirilməsi, emalı və praktiki nəticələrin əldə
olunmasına xidmət
edən riyazi üsuldur. Riyazi statistikanın köməkliyi ilə xəritələrin tərtibi daha da təkmilləşdirilir.
Sel (ərəb, “sayl” - güclü axın) - dağ çaylarının yatağında intensiv yağışın, buz və
mövsümi qar ərimələrinin
nəticəsində yaranan palçıqlı, daşlı və daşlı-palçıqlı axın.
Səhm - sahibinə səhmi buraxan şirkətin gəlirinin bir hissəsini almaq (dividend) və
şirkətin idarə
olunmasında iştirak etmək hüququ verən pay, qiymətli kağız.
Sütunlu diaqram (histoqram) - bir neçə verilənlər sırası üçün qurula bilər. Hər bir
sütunun hündürlüyü uyğun
xanadakı qiymətdən asılı olur.
Subasma - dağ və dağətəyi çaylarda daşqın və sellər zamanı, düzən çaylarda və
dənizlərdə su səviyyəsinin
kəskin qalxması nəticəsində ətraf ərazilərin su ilə örtülməsi.
Struktur işsizlik - ölkədə texnoloji inkişafın nəticəsində müəyyən bir sahə üzrə
mütəxəssisə ehtiyacın
azalması, digər ixtisasa isə artması nəticəsində yaranır.
Tayfun (çin. “tay” - güclü, “fim” - külək) - Asiyanı cənub və şərqdən əhatə edən
dənizlərin sahil
zonalarında təzyiq fərqindən yaranan çox güclü dağıdıcı tropik siklon.
Tam məşğulluq - əmək qabiliyyəti olan və işləmək istəyən hər bir şəxsin işlə təmin
olunması. Və ya ölkədə
işsizliyin tamamilə olmaması deyil, onun minimal səviyyədə mövcud olmasıdır.
Təbii işsizlik - friksion və struktur işsizlikdən yaxa qurtarmaq mümkün olmadıqda
yaranır.
Tomado - Şimali Amerikada tropik və arktik hava küləklərinin toqquşması nəticəsində
yaranan çox güclü
burulğanlı külək.
Turşulu yağışlar - insanların təsərrüfat fəaliyyəti nəticəsində havaya daxil olan
“sulfidli” və “kükürdlü”
qazlar havada rütubətlə birləşərək zəhərli duman əmələ gətirir.
Tullantıların utilizasiyası (zərərsizləşdirmə) - ətraf mühitə və insanın sağlamlığına
təsirini azaltmaq
məqsədilə tullantıların xüsusi qurğularda emalı (o cümlədən yandırılması) və ya basdırılması.
Torpaq - Yer səthində çürüntü qatı ilə aşınma materiallarının qarışmasından əmələ gələn
nazik məhsuldar qat.
Torpaq fondu - Antarktida və Qrenlandiya istisna olmaqla Yer kürəsinin quru hissəsi.
Torpaq kadastrı - torpaq istifadəçiliyinin dövlət qeydiyyatı, torpaqların kəmiyyət və
keyfiyyət uçotu,
bonitirovkası və iqtisadi qiymətləndirilməsi üzrə məlumatların məcmusu.
Toz burulğanı - mülayim və tropik iqlim qurşaqlarının səhra və yarımsəhralarında
yaranır.
Transsərhəd çay - eyni su mənbəyindən iki və daha artıq ölkənin istifadə etməsi.
Transmilli korporasiyalar (TMK) - dünyanın bir çox ölkələrində müəssisə və filiallarla
təmsil olunan iri
şirkətlər birliyi.
Üçölçülü xəritə - səthin üçölçülü en, uzunluq və hündürlüyünün təsvirini verir.
Ümumi daxili məhsul (ÜDM) - istifadə olunan resursların (əmək, kapital və s.) milli
mənsubiyyətindən asılı
olmayaraq ölkənin daxilində iqtisadiyyatın bütün sahələrində istehsal edilmiş son məhsulun və
xidmətlərin
illik, yaxud hər hansı digər zaman kəsiyində ümumi dəyəri.
Ümumi milli məhsul (ÜMM) - ölkənin daxilində və onun hüdudlarından kənarda milli
iqtisadiyyata mənsub olan
iqtisadi vahidlərdə bir il ərzində, yaxud hər hansı digər zaman kəsiyində istehsal edilmiş son
məhsulların
və xidmətlərin bazar dəyərinin toplusu.
Valyuta - ölkənin pul vahidi.
Vizual təhlil - müvafiq xəritələrdən ərazi haqqında məlumatların əldə edilməsi və
onlar arasında əlaqənin
müəyyən olunması.
Yaşıl inqilab - müasir aqrotexniki qaydalardan istifadə sayəsində kənd təsərrüfatında
məhsuldarlığın kəskin
artırılması.