Görünməz ixracat - yəni müxtəlif növ xidmətlərin göstərilməsi, işçi qüvvəsinin
miqrasiyası, beynəlxalq turizm və s.
Hərbi-siyasi təşkilat - eyni coğrafi ərazilərdə yerləşən dövlətlərin başqa
dövlətlərdən öz
təhlükəsizliklərini qorumaq üçün maraqları birləşdirmək, həmçinin güclənmək və möhkəmlənmək naminə
yaradılan
hərbi və siyasi qurum.
Holdinq - iki və ya daha çox şirkət və müəssisələrin birliyi. Holdinq istehsal prosesi
ilə deyil,
maliyyə
menecmenti və marketinq kimi sahələrlə məşğul olur.
Xəritə (coğrafiya xəritəsi) - Yer səthinin müstəvi üzərində kiçildilmiş və şərti
işarələrlə
təsviri.
Xətti diaqram - qrafik də deyilir. Bir sxemdə bir neçə qrafik yerləşdirmək mümkündür
ki, onların da
hər biri
öz verilənlər sırasına uyğun olur.
İqlim - müəyyən ərazi üçün səciyyəvi olan çoxillik hava rejimi.
İqtisadi sabitlik - iqtisadi artımın və insan potensialının fasiləsiz olaraq inkişafı.
İqtisadi böhran - hər hansı bir ölkədə siyasi və iqtisadi səbəblər zamanı meydana gələ
bilən və ölkə
iqtisadiyyatına mənfi təsir göstərən prosesdir.
İnvestisiya - gəlir əldə etmək üçün qoyulan kapitaldır. İnvestisiya maliyyə-pul, bank
vəsaitləri,
səhmlər,
texnologiyalar, maşın və avadanlıqlar, kreditlər, intellektual sərvətlər və s. şəklində ola bilər.
İnflyasiya (lat "İnflatio" - hədsiz artırılma) - əmtəə və xidmətlərin
qiymətlərinin artımı fonunda
yaranır.
İnteqrasiya (lat. "inteqratio" - qovuşma, birləşmə) - ölkənin
təsərrüfat-siyasi birləşmə forması.
İntensiv təsərrüfat - mexanikləşdirmə, avtomatlaşdırma, kimyalaşdırılmadan istifadə
etməklə kənd
təsərrüfatının inkişaf etdirilməsi üsuludur və İEÖ-lərə xasdır.
İstehsal tullantıları - tibb ocaqlarında, sənaye və kənd təsərrüfatı müəssisələrində
atılan, eləcə də
radioaktiv maddələrdir.
İstehlak səbəti - il ərzində orta hesabla insanın sağlamlığı və həyat fəaliyyəti üçün
minimum
ehtiyacların
toplusu.
İstixana effekti (atmosferdə) - havada karbon qazının miqdarının artması.
İstiqraz - şirkətlərin fond ehtiyaclarını ödəyə bilmək üçün borc sənədi.
İşsizlik - ölkənin müəyyən əməkhaqqı müqabilində çalışmaq istəyən, lakin iş yeri tapa
bilməyən fəal
əhalisi. İşsizliyin növləri müxtəlifdir: friksion, struktur, dövri.
Kartoqrafik modelləşdirmə - məkan haqqında məlumatların əldə edilməsi, onların təhlili və
sistemləşdirilməsi
ilə kartoqrafik təsvirlərin yaradılması.
Kartometrik təhlil - coğrafi koordinatların təyin olunması, hündürlük, uzunluq və sahələrin ölçülməsi,
azimut və istiqamətlərin müəyyən edilməsi, miqyasa əsasən məsafələrin hesablanması və digər kəmiyyət
göstəricilərinin təhlili.
Kataklizm - Yer səthində baş verən ani, fəlakətli hadisə.
Kapital ixracı - pul vəsaitlərinin xarici ölkədə yerləşdirilməsi (investisiya qoyuluşları) məqsədilə
ölkədən
çıxarılması.
Korporasiya - müəyyən məqsədə çatmaq üçün yaranan birlik. Korporasiyalar dünya təsərrüfatının
formalaşmasında fəal iştirak edir.
Kredit - geri qaytarılmaq şərti ilə müəyyən müddətə faizlə verilən pul vəsaiti.
Kompleks səciyyə - öyrənilən obyektin tam səciyyəsini vermək üçün müxtəlif məlumatların toplusu.
Qrafik təhlil - xəritələrə əsasən qurulmuş qrafik təsvir.
Qrafik (yun. “graphikos” - əks olunmuş, çəkilmiş) - müxtəlif proseslərin kəmiyyətcə vəziyyətinin
cizgilərlə
(xətlərlə) təsviri.
Qida rasionu - qida tamdəyərli vitamin və mikroelementlərlə zəngin və eyni zamanda orqanizm
tərəfindən asan
mənimsənilən olmalıdır. Qida rasionunda insanın 5 əsas tərkib hissəsinə ehtiyacı var: zülallar,
karbohidratlar, yağlar, vitaminlər, mineral duzlar (su nəzərə alınmır).
Qum fırtınaları - səhralaşmanı sürətləndirir, səhraların sahələrinin genişlənməsinə səbəb olur.
Qlobal problemlər - bütün dünya ölkələrini, yaxud regionları əhatə etməklə əhalinin həyat və
fəaliyyəti ücün
gələcəkdə ciddi təhlükə yaradan problemlər.
Lizinq - pul formasında investisiya deyil, texniki avadanlıqların uzunmüddətli icarəsidir.
Məişət tullantıları (bərk məişət tullantıları) - əhalinin həyat fəaliyyəti nəticəsində yaşayış
yerlərində
əmələ gələn əşyalar, maddələr və materiallar.
Meşə ehtiyatı - meşənin sahəsinə və oduncaq tədarükünə görə xarakterizə edilir.
Meşə fondu - meşə sahələri, habelə meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə sahələri.