Türk xalqlarının içərisində həmçinin xristian (qaqauz və çuvaşlar), iudaist (karaimlər), şaman
(yakutlar, altaylar və s.), buddizm (tıvalılar) dininə inananlar vardır.
Türk dünyası birliyinin yaranmasının zəruri səbəbləri:
- Dil ümumiliyi
- Tarixi-coğrafi məkan
- Əxlaq birliyi
- El sənətlərinin ümumiliyi
- Yazı mədəniyyəti və şifahi xalq ədəbiyyatı
- Coğrafi toponimlərin oxşarlığı
Türk dünyası birliyini möhkəm təməllər üzərində qurmaq üçün aşağıdakıları həyata keçirmək vacibdir:
- ölkələr arasında əhalinin sərbəst gediş-gəlişini təmin etmək üçün hazırda mövcud olan viza rejimini
ləğv etmək;
- təhsil, mədəniyyət, səhiyyə sahəsində əlaqələri möhkəmləndirmək, tələbə-müəllim mübadiləsi,
ölkələrarası mədəni tədbirlər, idman oyunlan və s. təşkil etmək;
- türk ölkələrinin iqtisadi gücünü artırmaq üçün ümumi bank sistemi təşkil etmək, uzunmüddətli
kreditlər vermək, ümumi maliyyə-pul mübadiləsi vasitəsi yaratmaq;
- beynəlxalq peyk-rabitə sistemi yaratmaq, kommunikasiya əlaqələrini gücləndirmək;
- su, enerji, nəqliyyat daşıyıcılarının yeni layihələrini həyata keçirmək, Şərqlə Qərbi birləşdirən
magistralların rolunu artırmaq üçün tədbirlər görmək;
- birgə xarici siyasət yürütmək, hərbi-siyasi təşkilat yaratmaq və beynəlxalq təşkilatlarda birgə
çıxış etmək.
Türk dünyası birliyinin möhkəmlənməsinə mane olan bir çox səbəblər vardır. Onlar aşağıdakılardır:
- uzun tarixi zaman ərzində türk xalqlarının bir-biri ilə əlaqəsi olmamış və onlar bir- birindən uzaq
düşmüşlər;
- dünyada mövcud olan güclü dövlətlər bu birliyin möhkəmlənməsinə qarşı çıxır;
- müxtəlif ideologiyaların təsirinə məruz qalan hakimiyyətdə olan liderlər bəzi hallarda bir-birinə
laqeyd münasibət göstərir;
- bir-birindən uzaq məsafədə yaşadıqları üzündən ümumi türk dili mövcud olmamış və dildə fərqlər
yaranmışdır.
Türk dünyası birliyi - 2009-cu ildə Astana sammitində Britaniya əməkdaşlığı , Ərəb liqası” və s.
modelində
yaradılmışdır. Birliyə daxil olan ölkələr BMT-nin nizamnaməsini və ATƏT-in prinsiplərini (siyasi və
iqtisadi
təhlükəsizlik, müstəqil siyasət yürütmək, ərazi bütövlüyü, sərhədlərin pozulmaması, bir-birinin daxili
işlərinə qarışmamaq və s.) qəbul etmişdir.
Türk dünyası birliyinin yaranması türk xalqları arasında siyasi, iqtisadi, təhlükəsizlik, beynəlxalq
layihələr, sosial-mədəni əlaqələr və s. baxımından əhəmiyyətə malikdir.
Türk dünyası birliyinin siyasi arenada möhkəmlənməsi Avrasiyanın təhlükəsizliyi üçün bir qarant rolunu
oynaya bilər.
- Türk birliyi inteqrasiyası hansı mərhələdədir?
- İqtisadi birliyin möhkəmlənməsi üçün 5 təklif verin.